Praktiki tapşırıqlar və fəaliyyətlər
Tapşırıq 1. Cavan bağda cərgəarası torpağa qulluq işləri ilə təsərrüfat şəraitində tanış olun və dəftərinizdə qeydlər aparın.
Tapşırıq 2. Məhsuldar bağda cərgəarası torpağa qulluq işləri ilə təsərrüfat şəraitində tanış olun və dəftərinizdə qeydlər aparın.
Tapşırıq 3. Formavermə və budamada istifadə olunan müxtəlif alət və avadanlıqlardan(bağ qayçısı, bağ mişarı, bağ bıçağı və s.) qaydalarını mənimsəyin.
Tapşırıq 4. Üfüqi budaqlı və sərbəst palmet çətir formalarının əsas prinsiplərini mənimsəyin və praktiki olaraq yaradılmasında iştirak edin.
Tapşırıq 5. Ehram şəkilli karlik çətir formasının əsas prinsiplərini mənimsəyin və praktiki olaraq yaradılmasında iştirak edin.
Tapşırıq 6. Bi-Baum çətir formasının əsas prinsiplərini mənimsəyin və praktiki olaraq yaradılmasında iştirak edin.
Tapşırıq 7. Seyrək mərtəbəli çətir formasının əsas prinsiplərini mənimsəyin və praktiki olaraq yaradılmasında iştirak edin.
Tapşırıq 8. Adi və yaxşılaşdırılmış kasavarı çətir formalarının əsas prinsiplərini mənimsəyin və praktiki olaraq yaradılmasında iştirak edin.
Tapşırıq 9. Kol və yaxşılaşdırılmış kol çətir formalarının əsas prinsiplərini mənimsəyin və praktiki olaraq yaradılmasında iştirak edin.
Tapşırıq 10. Budama növlərini və üsullarını dəftərdə qeyd edib onların təsvirini verin, müxtəlif cərrafi əməliyyatları praktiki olaraq icra edin.
Tapşırıq 11. Təsərrüfat şəraitində ağacların suvarılması işində praktiki olaraq iştirak edin və prosesi ardıcıl olaraq dəftərinizdə qeyd edin.
Tapşırıq 12. Təsərrüfat şəraitində ağacların gübrələnməsi işində praktiki olaraq iştirak edin və prosesi ardıcıl olaraq dəftərinizdə qeyd edin.
Tapşırıq 13. Təsərrüfat şəraitində alaqlarla mübarizə işində praktiki olaraq iştirak edin və prosesi ardıcıl olaraq dəftərinizdə qeyd edin.
Tapşırıq 14. Təsərrüfat şəraitində məhsula qulluq işlərində praktiki olaraq iştirak edin və prosesi ardıcıl olaraq dəftərinizdə qeyd edin.