Maqnezium gübrəsi asan yuyulduğundan martın sonu, aprelin əvvəli verilir. Maqnezium gübrəsi olaraq Kizeritdən (neytarl reaksiyalı) istifadə olunması tövsiyə edilir.
Azot. Çiçəkləmənin intensivliyinə, meyvə bağlama əmsalına və meyvənin ölçülərinə təsir göstərir. Azotla gübrələmə çox məsuliyyətli və mürəkkəb işdir. Azotla gübrələmə vegetasiya ərzində bir neçə dəfə aparılır. Azotla gübrələmə məhsudarlıqdan, ilin hava şəraitindən və pomoloji sortdan asılı olaraq dəyişir. Hollandiyada yüksək məhsul ilində armud ağaclarına iyulun sonu- avqustun əvvəllərində kalium nitrat (13 % azot və 46 % kalium) tərkibli gübrə verilir.
Köklərdə güclü budama aparıldıqda gübrə norması 15...20 % artıq götürülür.
Hollandiya texnologiyası ilə azotla gübrələmə aşağıdakı cədvəldə verilir (Cədvəl 9.13)
Gübrənin verilmə vaxtı | Normal və ya güclü böyümə zamanı |
Zəif böyümə, çoxlu generativ tumurcuq əmələ gəldikdə |
Gübrənin verilmə vaxtı |
Martın sonu aprelin əvvəli |
t.e. maddə hesabı ilə 20- 30 kq/ha azot-fosfor (23% N və 23% P2O5) qarışığı |
t.e. maddə hesabı ilə 40-
50 kq/ha azot-fosfor (23% N və 23% P2O5) qarışığı |
Martın sonu aprelin əvvəli |
Çiçəkləmədən bir neçə həftə sonra |
t.e. maddə hesabı ilə 20- 30 kq/ha kalsium nitrat |
t.e. maddə hesabı ilə 30 kq/ha kalsium nitrat |
Çiçəkləmədən bir neçə həftə sonra |
Meyvəciklərin iyun tökülməsindən sonra |
t.e. maddə hesabı ilə 20- 30 kq/ha NPK (12% N, 10% P2O5, 18%K2O) qarışığı |
t.e. maddə hesabı ilə 20- 30 kq/ha NPK (12% N, 10% P2O5, 18%K2O) qarışığı |
Meyvəciklərin iyun tökülməsindən sonra |
Gübrənin verilmə vaxtı | Normal və ya güclü böyümə zamanı |
Zəif böyümə, çoxlu generativ tumurcuq əmələ gəldikdə |
Gübrənin verilmə vaxtı |
Cədvəl 9.13. Hollandiya texnologiyası ilə azotla gübrələmə
Normal və yaxud güclü böyümə gedən armud bağlarında mart ayının sonunda t.e.m. hesabı ilə 20-25 kq/ha, may ayının birinci yarısında isə 30 kq/ha norma ilə azot-fosfor (23% N и 23% P2O5) qarışığı verilməsi tövsiyə olunur.
Zəif böyümə gedən, lakin çoxlu miqdarda çiçək tumurcuğu əmələ gətirən armud ağaclarına isə həm mart ayının sonunda, həm də may ayının birinci yarısında 30 kq/ha norma ilə azot-fosfor (23% N и 23% P2O5) qarışığı verilməsi tövsiyə olunur.