Kalium. İlk növbədə alma və armud meyvələrinin ölüçülərinin, rənginin və dad keyfiyyətinin standarta uyğun olmasını təmin edir. Torpaqda turşuluq artdıqda kalium gübrəsi tam istifadə olunmur. Ona görə də turş torpaqlarda əhəngləmə aparmaqla pH nizamlanır. Məhsuldar bağda illik norma 1 t/ha-dır.
Aşağıdakı cədvəllərdədə torpaq tipindən asılı olaraq ikiillik bağlarda kaliumla gübrələmə norması verilmişdir (Cədvəl 5.10 və Cədvəl 9.11).
Sort | Gübrənin verilmə vaxtı və norması | |
Çiçəkləmədən əvvəl | Çiçəkləmədən sonra | |
Bütün armud sortları | 200 | 200 |
Ekstra və Qala alma sortları | 150 | 150 |
Qolden Delişes, Pinova Qloster alma sortları | 100 | 100 |
Conzaqold, Boskole, Liqol, Çempion, Aydared | 75 | 75 |
Cədvəl 5.10. Lyoss (açıq sarı) və gillicəli torpaqlarda (I və II sinif) t.e. maddə hesabı ilə kalium
gübrələrinin verilmə norması, kq/ha
Sort | Gübrənin verilmə vaxtı və norması | |
Çiçəkləmədən əvvəl | Çiçəkləmədən sonra | |
Bütün armud sortları | 250 | 250 |
Ekstra və Qala alma sortları | 200 | 200 |
Qolden Delişes, Pinova Qloster alma sortları | 150 | 150 |
Conzaqold, Boskole, Liqol, Çempion, Aydared | 100 | 100 |
Cədvəl 9.11. Orta dərəcədə (III və IV sinif) münbitliyə malik torpaqlarda t.e. maddə hesabı ilə
kalium gübrələrinin verilmə norması, kq/ha
Kalium gübrələri torpaq səthinə səpilərək verilir.
Hollandiya bağlarında əsasən aşağıdakı kalium gübrələrindən istifadə edilir:
Əgər bağda sistemləşdirilmiş şəkil köklərdə budama aparılıbsa onda gübrə norması 40 % azaldılaraq gövdəətrafı zolağa verilir.
Kalium və maqnezium arasında olan rəqabəti aradan qaldırmaq məqsədilə kaliumla bərabər maqnezium gübrəsinin də norması qaldırılır.
Yaz yağışları zamanı kalium gübrəsi itkiyə getdiyindən (bu gübrə asanlıqla yuyulur) illik norma bir neçə yerə bölünərək vegetasiya ərzində verilir. Məsələn, kalium gübrəsi iki dəfə verilə bilər. Kalium xlorid şəkilində gübrənin ½ hissəsi mart ayının əvvəlində verilir.