2-ci yemləmə - qönçələmə fazasında (çiçək tumurcuqları çəhrayılaşır) - Boroplyus 50-60 ml/100 l işçi məhlul;
3-cü yemləmə - çiçəkləmədən sonra, ləçəklər tökülən dövrdə - Boroplyus 50-60 ml/100 l işçı məhlulu və xüsusi Master (N18, P18, K18, Mg3+mikro) 2 kq/ha;
4-cü yemləmə - meyvəciklər 3 sm olduqda - Meqafol 0,5-1 l/ha;
5-ci yemləmə - meyvəciklərin ölçüsü 3 sm-dən çox olduqda - Kalbit C 60-80 ml/100 l işçi məhlul, Master (3:11:38+4+mikro) 2 kq/ha;
6-cı yemləmə meyvələr dolğunlaşıb yetişən ərəfədə - Kalbit 60-80 ml/100 l işçi məhlul.
5.3.2. İntensiv tipli tumlu meyvə bağlarında gübrələmə rejimi (Hollandiya texnologiyası)
Texnologiya hollandiyalı mütəxəssislər tərəfindən hazırlanmışdır. Burada şağaıdakı qaydada alma və armud bağları üçün gübrələmə rejimi təklif olunur.
Bağ salınmazdan əvvəl torpağın laborator analizlərinin nəticəsinə uyğun olaraq əsas gübrələmə aparılır. Bu zaman əsas məqsəd torpaqda mineral elementlər arasında rasional nisbət yaratmaq, onların bitki tərəfindən mənimsənilməsini təmin etmək, həmçinin gübrələrin mənimsənilmə səviyyəsini yaxşılaşdırmaq məqsədilə torpaqdakı turşuluğu (pH) nizamlamaqdır.
Yeni bağlar salənarkən qeyri-münbit torpaqlarda üzvi gübrələrin miqdarı çox götürülür. Xüsusilə zəif boylu sortlarda (Çempion, Qala, Elstar və s.) bu məsələ daha vacibdir. Üzvi gübrələr torpağın uducu kompleksini yaxşılaşdıraraq ağacların böyüməsi prosesinə müsbət təsir göstərir, agacların əmtəəlik məhsuldarlıq dövrünə daha tez çatmasına şərait yaradır. Üzvi gübrələr həmçinin köklərin böyüməsini stimullaşdırır. Hollandiyada bu məqsədlə iribuynuzlu mal-qaranın kompostlaşdırılmış peyinindən (40-50 t/ha), həmçinin şampinion (göbələk) becərilmiş substratdan (75 t/ha) istifadə edilir. Ağaclar əkilməzdən qabaq yuxarıda göstərilən üzvi gübrələrdən biri torpağın 20 sm-lik üst qatı ilə qarışdırılır. Yüksək dozada peyin vermək olmaz. Çünki yüksək dozada peyin torpaqda turşuluğun artmasına səbəb olur.
Müasir bağlarda geniş becərilən alma və armud sortlarının mineral qida elementlərini tələbat səviyyəsi Cədvəl 5.9-də verilir.
Qida elementi | Tələbat | Sortlar |
Kalium | yüksək | Elstar, Qala və bütün armud sortları |
orta | Qolden Delişes, Pinova Qloster | |
aşağı | Conaqold, Liqol, Çempion, Aydared | |
Fosfor | yüksək | Conaqold, Liqol, Çempion, Aydared, armud |
aşağı | Digər sortlar | |
Maqnezium | yüksək | Qolden Delişes, Pinova, Aydared, armud sortları |
aşağı | Digər sortlar |
Cədvəl 5.9. Alma və armud sortlarının mineral qida elementlərini tələbat səviyyəsi
Torpaqda və yarpaqlarda qida elementlərinin optimal nisbətini və meyvə ağaclarının generativ tumurcuqla normal yüklənməsini təmin etmək məqsədilə aşağıdakı proqram üzrə gübrələmə aparılır.