Çiləmə, qatılığı 0,06-0,1 % olan məhlulla (10 1 suya 6-10 q), kütləvi çiçəkləmənin 2-3-cü günü aparılır. Eyni zamanda nəzərə alınmalıdır ki, DNOK yağışlı havada yarpaqları da zədələyir. Meyvəciklərin seyrəldilməsi məqsədilə meyvəciklər əmələ gələn ərəfədə ağaclar, kəsafətliyi 0,003-0,004 % olan ANU və ya onun kalium duzu (KANU), həmçinin 0,1-0,2 %-li sevin məhlulu ilə çilənir. Fizioloji fəal maddələrin səmərəliliyi havanın temperaturu 18…25 °C arasında, rütubətliyi isə 75 %-dən yuxarı olduqda daha yüksək olur.
Son vaxtlar çiçəklərin seyrəldilməsi ilə deyil, çiçək tumurcuqlarının yaranmasına qarşı mübarizə ilə məhsulun normalaşdırılmasına nail olmağa səy göstərilir.