Kompleks gübrələr iqtisadi cəhətdən səmərəli olduqlarından onların tətbiqinə geniş yer verilməlidir.
Tumlu meyvə bağlarında əsas qida elementləri sayılan azot, fosfor və kalium tərkibli gübrələrdən başqa, digər elementləri birləşdirən mineral gübrələrdən də müəyyən dərəcədə istifadə edilir. Bu qrupa kalsium gübrələri (üyüdülmüş əhəng, üyüdülmüş dolomit, sönmüş əhəng, dolomit unu və s.), maqnezium gübrələri (maqnezium sulfat ammonium, tomasşlak, dimaqnifosfat, kainit, elektrolit, karnallit, dolomit, maqnezit, kizerit, dunit, supertinit və s.), kükürdlü, dəmirli (sərbəst və azotlu, fosforlu, kaliumlu birləşmələrlə) gübrələr daxildir.
Mikrogübrələr. Mikroelementlər bitkilərin tərkibində çox cuzi miqdarda (0,01-0,02 %) olmasına baxmayaraq onlar həyat üçün zəruri elementlərdir. Mikrogübrələr əsasən kökdən kənar yemləmə şəklində verilir.