Belə ağaclarda kök kütləsinin əsas hissəsini saçaqlı köklər təşkil etdiyindən gübrələrin bitki tərəfindən mənimsənilmə faizi də yüksək olur. Vegetasiya dövründə bitkilərin gübrələrə olan tələbatı böyümə və inkişaf fazalarından asılı olaraq dəyişir. İl ərzində bir neçə dəfə yemləmə şəkilndə gübrələmə aparılmalıdır. Bu məqsədlə üzvi gübrələrdən tez və asan mənimsənilən peyin şirəsi, quş zılı, peyin-torf qarışığı verilir. Mineral gübrələrdən isə ammonyak şorası, kalium sulfat, nitrofosk və s. verilir. Məhsuldar bağda yemləmə şəkilində aşağıdakı miqdarda üzvi və mineral gübələr verilir: peyin şirəsi – 15-16 t/ha; quş zılı – 10-12 sent/ha, peyin-torf qarışığı – 3-5 t /ha, azot, fosfor və kalium gübrələri təsiredici maddə hesabı ilə 40-60 kq/ha. Yemləmə şəkilində berilə peyin şirəsinə 20-25 kq superfosfat qarışıdırıldıqda yüksək nəticə əldə olunur. Suvarılan şəraitdə peyin adətən suvarmadan əvvəl və ya sonra verilir (Şəkil 5.35).
Dəmyə şəraitdə isə gübrələrin təsirindən köklərin yanmasının qarşısını almaq məqsədilə suda həll edilərək verilir. Belə ki, peyin şirəsi 1:3-5, quş zılı 1:10, mineral gübrələr isə 1:100 nisbətində suda həll edilir.
Armud. Bu bitkinin standart gübrələmə sxemi özündə 3 dəfə kökdən və 2 dəfə kökdənkənar yemləməni nəzərdə tutur.
Gübrələrin verilmə sxemi aşağıdakı kimidir:
Əgər qida maddələrinin çatışmazlığı müşahidə olunarsa armud bitkisinə əlavə olaraq makro və mikroelemetlərlə çiləmə aparılır. Yarpaqların azotla sonuncu yemləməsi sentyabrın əvvəlindən gec aparılmamalıdır.