Xırda toxumlar 2-3 sm, iri toxumlar isə 4-6 sm dərinliyə səpilir.
Torpağın əsas becərilməsi üsullarından biri də payız şumudur. Payız şumu yarpaq tökülməzdən 20-25 gün qabaq aparılır. Uca boylu calaqaltılar üzərində calanmış tumlu meyvə bağlarında 18-20 sm, zəif boylu calaqaltılara olan tumlu meyvə bağlarında isə 16-18 sm dərinlikdə şum aparılır.
Şumun yarpaq tökülməzdən qabaq aparılmasında məqsəd, mexaniki təsirdən zədələnmiş köklərin, şaxtalar düşənə qədər bərpa olunmasına şərait yaratmaqdır.
Şum müxtəlif markalı bağ kotanları ilə aparılır (Şəkil 5.32).
Yaz-yay dövründə torpağın becərilməsi mala və kultivatorlarla aparılır (Şəkil 5.33).