Otlar çiçəkləyən ərəfədə və ya paxla əmələ gətirən dövrdə şumdan qabaq biçilib sahəyə tökülür, yaxud da vərdənə ilə yastılaşdırılaraq şumlanır (Şəkil 5.29).
Bitkili-herik və ya müvəqqəti çimləmə. Çəmən və qara herik sisteminin üstün cəhətlərini birləşdirir. Cərgənin biri növbə ilə 2-3 il müddətinə qara herik, digəri isə həmin müddətə çoxillik ot altında saxlanılır (Şəkil 5.30). Ot hər il biçilib sahədən çıxarılır. Sonra sahə şumlanır və qara heriyə çevrilir. Qara herik sahəsinə isə ot səpilir. İntensiv tipli meyvə bağları üçün normal rütubətli şəraitdə yüksək səmərəli sistemdir.
Çim-çürüntü sistemi. Normal suvarma fonunda intensiv bağlar üçün ən perspektivli sistemdir. Cərgəaraları çoxillik ot, cərgə özü isə (gövdəətrafı) qara herik altında saxlanır (Şəkil 5.31).
Ot biçilir, xırda doğranır və sahəyə tökülür. Bir neçə vaxtdan sonra torpaqda təbii çürüntü yarandığından o, üzvi mulçaya çevrilir. Vegetasiya dövründə otlar 15-20 sm-ə çatdıqca otbiçən maşınla biçilir və doğranır.
Torpaqda toplanmış üzvi qalıqlar rütubətin təbəxxürünü azaldır, mikroorqanizmlərin həyat fəaliyyətini yaxşılaşdırır ki, bu da ağacların boy və məhsuldarlığını stimullaşdırır.
Bu sistem həm bütöv bağ sahəsi üçün, həm də cərgədən bir tətbiq edilə bilir. Müxtəlif sistemlərdə çoxillik otlar aşağıdakı normalarla səpilə bilər (kq/ha):