Generativ tumurcuğa çiçək tumurcuğu, meyvə tumurcuğu, habelə reproduktiv tumurcuq da deyilir.
Generativ tumurcuq vegetativ tumurcuqdan iri, dolğun, ucunun küt və yastı olması ilə fərqlənir. O, meyvə budaqcığına birləşdiyi yerdən geniş bucaq altında ayrılır.
Generativ tumurcuq daxili quruluşuna görə iki qrupa ayrılır:
Tumlu meyvə bitkilərində generativ tumurcuq mürəkkəb (qarışıq) olmaqla açıldıqda çiçəklə yanaşı vegetativ orqan - zoğ və yarpaq da əmələ gətirir (Şəkil 1.3).
Çiçək tumurcuqlarının açıldıqdan sonra orqan əmələgətirmə xüsusiyyətini növbəti şəkillərdə daha aydın görə bilərik (Şəkil 1.4).
Tumurcuqların oyanması qabiliyyəti. Bu il əmələ gəlmiş tumurcuqların gələn ilin yazında açılması xarakterinə tumurcuqların oyanma qabiliyyəti deyilir. Tumurcuqların oyanma qabiliyyəti bitkinin cins, növ və sortunun bioloji xüsusiyyətləri ilə üzvi surətdə bağlıdır. Tumlu meyvə bitkilərinin tumurcuqları zəif oyanma qabiliyyətinə malikdir.