5.1.8. Tumlu meyvə bitkilərinə verilən çətir formaları
Alma və armud. Müasir bağlarda alma sortlarına əsasən palmet və sütunvari formalar verilir. Əsasən üfüqi budaqlı palmet və sərbəst palmet formalardan istifadə edilir.
Üfüqi budaqlı palmet. Gövdə üzərində cərgəyə üfqi istiqamətlənmiş, 4-5 mərtəbədə qoşa skelet budaqlardan təşkil olunan formadır. Birillik ting 60-70 sm hündürlükdə, cərgəarasına baxan tumurcuğa kəsilir. Cərgəyə istiqamətlənən iki budaq üfqi şəkildə, şpalerdə olan birinci məftilə bağlanır. Sonrakı mərtə bələrdə olan budaqlar da, müvafiq olaraq sonrakı sıra məftillərə eyni qayda ilə bağlanır. Son mərtəbə şah budağın şpalerə bağlanmasından yaradılır (Şəkil 5.11).
Sərbəst palmet. 3-4 mərtəbəli, 6-8 skelet budağa malik, şaquli yastı şpaler formasıdır. Mərtəbələr arasında 40-60 sm məsafə olur. Belə formaların hündürlüyü 2,0- 2,5 m, çətirin cərgədə eni 1,2-1,5 m olur. Şpaler 4-5 sıradan təşkil olunur. Birillik tinglər 50-55 sm hündürlükdə, cərgəyə baxan tumurcuqlara kəsilir. Sonuncu tumurcuqdan yaranan zoğ şah budağa, ondan aşağıda əmələ gələnlər isə skelet budaqlara çevrilir. 2-ci ilin yazında şah budaq, sonuncu mərtəbədə onlan budaqlardan 45-65 sm hündürlükdə kəsilir. Yuxarı mərtəbədə yerləşən iki
1-Birillik tingin yer səthindən 70 sm hündürlükdə kəsilməsi;
2-İstifadə olunmayacaq yay zoglarının əyilməsi;
3-Qışda şah budagın kəsilməsi və yan budaqların şpalerə bağlamaq üçün üfüqi vəziyyətə gətirilməsi;
4-İkinci ili budamaya qədər;
5-Budamadan sonra;
6-Üçüncü ilin sonunda;
7-Dörd mərtəbəli, üfüqi budaqlı, tam formalasmış düzgün palmet.
qoşa skelet budaq öz uzunluqlarının 1/3 və 1/5 hissəsi qədər gödəldilir.