Mexanikləşdirmənin səmərəsini yüksəltmək. Meyvə bitkilərinə qulluq işlərinin mexanikləşdirilməsi və onun səmərəliliyinin artırılması, məhsulun kəmiyyət və keyfiyyətinə müsbət təsir etməklə bərabər, məhsulun maya dəyərinin də aşağı düşməsinə səbəb olur. Xüsusən ağır zəhmət və çoxlu adam günü tələb edən əməliyyatların - xəstəlik və zərərve-ricilərlə mübarizə, ağacların budanılması, məhsulun yığılması ilə bağlı işlərin mexanik-ləşdirilməsi prosesi uyğun çətir formalarının yaradılmasını tələb edir.
Meyvənin əmələ gəlməsinə çəkilən yüksək əmək və xərc məhsulun vaxtında və itkisiz yığılması ilə əvəzlənə bilər. Meyvə yığımı çox ağır və məsuliyyətli əməliyyatdır. Xüsusilə də bağda eyni vaxtda yetişən sortlar və ya cinslər olduqda, məhsul yığımı ciddi nəzarət və təşkilatçılıq tələb edir. Çətir formalarını meyvə yığan maşınların tələblərinə uyğunlaşdırmaqla bu işin bir qədər yüngülləşdirilməsinə nail olmaq olur.