Bu halın qarşısını almaq üçün budaqların gövdədən ayrılma bucağı 50-55°-dən artıq olmalıdır. Buna nail olmaq üçün haçadan, dəmir mancanaqdan və ya ipdən (şpaqat) istifadə edilir. Cavan zoğlar ayrılma bucağına uyğun nizamlanaraq kəndirlə gövdəyə bağlanır və yaxud kəndirin bir ucu budağa bağlanır, digər ucu torpağa bərkidilir (Şəkil 5.7). Əgər cavan zoğlar gövdədən geniş bucaq altında ayrılırsa onlar da normal vəziyyətə gətirilərək gövdəyə bağlanır.