Herbisidin adı | Çiləmə norması | Alaq otlarının tipləri |
Çiləmənin üsulu, vaxtı | Çiləmələrin maksimum sayı |
Venzar | 2,5—5,0 кq/hа | Birillik ikiləpəli və dənli-taxıl alaq otlarına qarşı | 3 yaşdan yuxarı tumlu meyvə bağlarında çiləmə aparılır | 1-2 |
Herbatoks | 4,8—6,4 кq/hа | Birillik ikiləpəli və dənli-taxıl alaq otlarına qarşı | 3 yaşdan yuxarı tumlu meyvə bağlarında erkən yazda - alaq otlarının cücərtiləri əmələ gələnə qədər çiləmə aparılır | 1 |
Monuron | 3-4 kq/ha | Birillik ikiləpəli və dənli-taxıl alaq otlarına qarşı | 3 yaşdan yuxarı alma və armud bağlarında alaq otlarını cücərtiləri əmələ gələnədək çiləmə aparılır | 1 |
Prefiks | 5,0-10,6 kq/ha | Birillik ikiləpəli və dənli-taxıl alaq otlarına qarşı | Alma və armud bağlarında erkən yazda çiləmə aparılır | 1 |
Simazin | Yazda çiləmə aparılarsa 4-8 kq/ha Payızda çiləmə aparılarsa 6-12 kq ha | Birillik ikiləpəli və dənli-taxıl alaq otlarına qarşı | 3 yaşdan yuxarı alma və armud bağlarında alaq otlarını cücərtiləri əmələ gələnədək yazda, və yaxud da payızda çiləmə aparılır | 1 |
Cədvəl 5.2. Tumlu meyvə bağlarında alaq otlarına qarşı herbisidlər
Ümumiyyətlə 3 yaşdan aşağı tumlu meyvə bağlarında herbisidlərin tətbiqi tövsiyə olunmur. Çünki bu zaman onların böyüməsi prosesi pisləşir. Alma bitkisi herbisidlərə qarşı dözümlü, armud və heyva isə dözümsüzdür.
3 yaşdan aşağı tumlu meyvə bağlarında alaq otlarına qarşı əsasən aqrotexniki mübarizə üsulları aparılır. Bu məqsədlə cərgəarası torpaq qara herik altında saxlanmaqla vegetasiya ərzində yüngül torpaqlarda 4-6 dəfə, ağır torpaqlarda isə 8 dəfə və daha çox mala və yaxud kultivatorla becərmə işləri aparılır.
Bağda cərgəarası torpağın qırmızı yulaf, çəmən qırtıcı kimi çoxillik ot bitkilərinin toxumları səpilməklə çəmən altında saxlanılması daha səmərəlidir. Lakin ot bitkiləri sahəyə ağaclar əkildikdən sonra üçüncü il səpilir. Onlar 15 sm hündürlüyə çatdıqda biçilir. Bir vegetasiya dövründə təxminən 6-8 dəfə biçmə aparılır.
Alaqlarla mübarizə məqsədilə müxtəlif materiallardan mulça kimi də istifadə oluna bilər.
5.1.6. Ağacların çətirinin formalaşdırılmasının əsas prinsipləri
Birinci ilin başlanğıcında vegetasiya başlamazdan qabaq yeni əkilmiş ağaclar, veriləcək çətir formasına müvafiq olaraq, müəyyən hündürlükdə kəsilir.