Ağacın yaşı | Gövdəətrafı diametr, m |
Peyin və yaxud compost, kq |
Mineral gübrələr, q | |||
Ammonium nitrat, (33%) |
Sidik cövhəri, (46%) |
Dənəvərlənmiş superfosfat, (19,5%) |
Kalium duzu, (40%) |
|||
1-2 | 1,5-2,0 | 10-15 | 36 | 26 | 80 | 30 |
3-4 | 2,5 | 15-20 | 60 | 43 | 128 | 50 |
5-6 | 3,0 | 20-30 | 84 | 60 | 179 | 70 |
Cədvəl 5.1. Cavan bağda təxmini gübrə norması
5.1.5. Alaqlarla mübarizə
Cavan meyvə bağlarında alaqlar torpaqdan külli miqdarda su və qida maddələri mənimsəməklə, eyni zamanda xəstəlik-zərərvericilərin yayılmasına şərait yaratmaqla ağaclar üçün təhlükə mənbəyinə çevrilir. Bağlarda alaq otlarının yayılma dərəcəsinə əkindən qabaq saədə becərilən bitkilər böyük təsir göstərir. Ona görə də bağ növbələşməsi sistemi düzgün tərtib edilməlidir.
Əgər bağda alaq otları yayılıbsa onlara qarşı özündə kimyəvi və aqrotexniki mübarizə üsullarını birləşdirən inteqrir mühafizə tədbirləri görülür. Kimyəvi mübarizə tədbirlərinə herbisidlərin tətbiqi, aqrotexniki mübarizə tədbirlərinə isə torpağın becərilməsi, mulçalama və s. daxildir. Çoxillik alaq otlarının stolon və kökümsov gövdələri torpaq əkinqabağı şumlandıqdan sonra səthə çıxır və onlar mütləq sahədən təmizlənməlidir.
Vegetasiya dövründə meyvə ağacları ilə rəqabətdə olan alaqlara qarşı apreldən sentyabra qədər aşağıdakı müddətlərdə 2-3 dəfə müxtəlif hebisidlərlə çiləmə aparılır:
Tumlu meyvə bağlarında alaq otlarına qarşı geniş istifadə olunan herbisidlər, onların çiləmə norması, vaxtı və qaydası haqqında Cədvəl 5.2-də geniş məlumat verilir.
Herbisidin adı | Çiləmə norması | Alaq otlarının tipləri |
Çiləmənin üsulu, vaxtı | Çiləmələrin maksimum sayı |
Raundap | 3,2 l/ha | Birillik dənli-taxıl alaq otlarına və ikiləpəli alaqlara qarşı | Yazda və yaxud yayda cərgəarasına çilənir | 1-2 |
6,0 l/ha | Çoxillik dənli-taxıl alaq otlarına və çoxllik ikiləpəli alaqlara qarşı | Yazda və yaxud yayda cərgəarasına çilənir | 1 | |
Atrazin | Yazda - 4-12 kq/ha Payızda 12-16 kq/ha | Birillik ikiləpəli və dənli-taxıl alaq otlarına qarşı | 3 yaşdan yuxarı tumlu meyvə bağlarında yazda cücərtilər çıxmamışdan əvvəl və yaxud payızda çiləmə aparılır | 1 |