1.1. Tumlu meyvə bitkiləri qrupunun əsas xüsusiyyətləri
Əvvəlcə tumlu meyvə bitkilərinin nümayəndələri ilə tanış olaq. Bunlar aşağıdakılardır (Şəkil 1.1).
İndi isə tumlu meyvə bitkilərinin hansı xüsusiyyətlərinə görə bu qrupda birləşdirildiyini öyrənək. İlk növbədə tumlu meyvə bitkilərində tumurcuqların tipi və quruluşu ilə tanış olaq.
Tumurcuqların tipləri. Vegetasiya dövründə zoğ üzərində əmələ gələrək yarpağın qoltuğunda yerləşən göz payızadək tam formalaşır. Yarpaq normal böyüyüb payızda töküldükdən sonra onun qoltuğundakı göz tumurcuq adlanır. Beləliklə formalaşmamış tumurcuq göz, formalaşmış göz isə tumurcuq adlanır.
Bildiyimiz kimi, orqan əmələgətirmə xarakterinə görə tumurcuqlar iki qrupa (Şəkil 1.2) ayrılır:
Yarpaq tumurcuğu açıldıqda yarpaq və həlqəli meyvə budaqcığı verir.
Boy tumurcuğu isə açıldıqda boy zoğu verir. Bu tumurcuqlar nazik, uzun və ucunun sivri olması ilə fərqlənir. Boy tumurcuğu gövdənin və ya zoğun başlanğıcıdır. Beləliklə, boy tumurcuğu inkişaf etməmiş gövdə və yaxud zoğdur.