- Alaqlarla mübarizə - tumlu meyvə bitkilərinin əsas alaq otları (çoxillik və birillik alaq otları) və onlara qarşı əsas mübarizə tədbirlərini (aqrotexniki, bioloji, kimyəvi və s.) mənimsəyəcəksiniz;
- Məhsula qulluq - yaz şaxtaları ilə mübarizə (bağda süni duman, çiskin, tüstü yaratmaq və s.), çiçəklərin tozlanmasının təmin edilməsi (çiçəkləmə vaxtı bağda arı ailələrinin yerləşdirilməsi), məhsulun normalaşdırılması, çiçəklərin seyrəldilməsi (əl, mexaniki, budama, bioloji fəal maddələrin tətbiqi və s.) meyvələrin yığımqabağı tökülməsi səbəbləri və onların qarşısının alınması, meyvələrin dolunun, küləyin və s. zərərli təsirindən qorunması (tor, plyonka və s. tətbiqilə) tədbirlərini öyrənəcəksiniz.