Mexanizmlərlə əkin üçün SKS-1 markalı tingəkən və ya MPS-1 markalı bağsalan maşından istifadə edilir (Şəkil 103). Sonuncu mexanizm bir neçə işi eyni vaxtda görür: müəyyən olunmuş dərinlikdə şırım açır, tingi əkir, suvarır və şırımı torpaqlayır. MPS-1 markalı maşın DT-54A və ya T-75traktorlarına qoşulur. Əkində 5 nəfər iştirak edir. Onlardan biri traktorçu, iki nəfəri tingi əkən, iki nəfəri isə əkinin qüsurlarını düzəldən və gövdə ətrafını tapdalayandır. Belə əkinin məhsuldarlığı saatda 500-600 tingdir. Bu üsulla 8 saatlıq iş günü ərzində normal sıxlıqda 4-5 ha bağ salmaq olur.
Əkin üsulundan asılı olmayaraq, tinglər əkildikdən sonra mütləq suvarılmalıdır. Əgər yaxın bir-iki gündə əkililəri suvarmaq imkanı yoxdursa bu zaman hər çalaya ən azı 8-12 l su tökmək lazımdır.
4.4. Bağ növbələşməsi
Meyvə bağlarının uzunmüddətli, sabit və keyfiyyətli məhsul verməsi, bağ növbələşməsi sisteminin düzgün təşkili ilə sıx bağlıdır.
Bağ növbələşməsi vacib texnoloji əməliyyat olub torpaq yorğunluğunu aradan qaldırmaq, münbitliyi bərpa etmək, su və hava rejimini nizamlamaq, xəstəlik və zərərvericilərin inkişafını məhdudlaşdırmaq məqsədi güdür.
İntensiv tipli meyvə bağları tez məhsula düşür, hər il və yüksək keyfiyyətli məhsul verir. Lakin belə bağların istismar dövrü adi bağlarla müqayisədə 12-25 il gödək olur. Belə bağlar vaxtında əvəzlənmədikdə təsərrüfatın iqtisadiyyatına böyük ziyan dəyir. Əvəzlənmə zamanı köklənmiş yaşlı ağacların yerinə, həmin ildə eyni cinsdən olan ağacların əkilməsi yolverilməzdir. Çünki, məsələn, alma bağı kökləndikdən sonra torpaqda qalan köklərin çürüməsi nəticəsində əmələ gəlmiş fenol birləşmələri (floredzin, giperin və s.) cavan ağacların böyüməsinə mənfi təsir göstərir. Əgər bu halda torpaqda qalan köklər klon calaqaltılara mənsubdursa, onların üzərində 2-3 m dərinliyə qədər qanlı mənənə toplanmış olur. Çəyirdəkli meyvə bitkiləri çıxarıldıqdan sonra isə onların köklərinin çürüməsi nəticəsində həm zəhərli maddələr (amiqdalin və s.), həm də nematod və patogen mənşəli mikroorqanizmlər yaranır. Qeyd olunanlar öz növbəsində torpaq yorğunluğuna səbəb olur.
Torpaqda köklərin çürüməsi və zəhərlərin inaktivizasiyası üçün ən azı 2-3 il tələb olunur. Ona görə də eyni cinsdən olan bitkilərin bu müddətdən tez eyni sahəyə əkilməsi yolverilməzdir.
İstismar dövrünü başa vurmuş bağ sahələrinin vaxtında və məhsul istehsalı planına zərər vermədən köklənməsini təşkil etmək məqsədilə, iri əmtəəlik bağlarda sahənin təşkili zamanı aşağıdakı sahələr nəzərdə tutulmalıdır:
Ümumi qəbul edilmiş qaydaya əsasən, ehtiyat bağ sahəsi aşağıdakı formul əsasında hesablanır:
𝐄𝐬 = 𝐏𝐬
İ𝐝𝐕𝐟