Qida sahəsinin təyini və qəbul edilmiş qida sahələri
Bağda ağacların tutduğu torpaq sahəsinə qida sahəsi deyilir. Bu sahə cərgəarası ilə bitkiarasının hasilinə bərabərdir. Cərgəarası məsafə, cərgədə çətirin optimal eni və cərgəarasında maşınların hərəkətinə imkan verən yolun eninə bərabər olur. Müasir maşın və avadanlıqların hərəkəti üçün 2-2,5 m məsafə kifayət edir. Bunun üzərinə çətrin cərgədə enini əlavə etdikdə cərgəarası məsafə yaranır.
Ümumiyyətlə, bitkilər üçün qida sahəsi aşağıdakılara əsasən müəyyənləşdirilir (Sxem 4.9)