Belə zolaqlar havalanmanı məhdudlaşdırdığından, bağda hava durğunluğu yaradır və bu, ağaclara öldürücü təsir göstərir. Ona görə də belə zolaqlar bağ üçün az istifadə edilir.
Yarımhavalanan (ajur tipli) meşə zolağı. Uca boylu, hündür ştamblı bitkilərlə kol bit-kilərinin növbələşməsindən təşkil olunur. Belə zolaqlarda bitkilər boylarına görə qeyri mü-tənasib yerləşdiyindən külək meşə zolağından süzülərək keçir və xırda hava axınlarına parçalanır. Zolağın mühafizə gücü ağacların hündürlüyünün 40-50 mislinə bərabər olur. Belə zolaqlı bağlarda havalanma normal keçir. Bağçılıq üçün ən münasib qoruyucu zolaq tipidir.
Tam havalanan meşə zolağı. Belə zolaqlar uca ştamblı, hündür boylu ağaclardan təşkil olunur. Külək zolağın yalnız aşağı hissəsindən keçir və bağda tam havalanma gedir. Çatışmayan cəhəti quraq rayonlarda rütubətin tez təbəxxür olunmasına və tez yayılan alaq otları (xüsusən çayır, kalış) əmələ gəlməsinə səbəb olmasıdır.
Qoruyucu meşə zolaqlarının mühafizə etdiyi məsafədən sonrakı sahə, hakim küləklərin təsirinə məruz qalmasın deyə, bağın daxilində hakim küləklərə köndələn istiqamətdə küləkqırıcı xətlər salınır. Bu xətlər sərnələrin sərhədləri boyu yolların kənarında və yaxud ana yolların mərkəzindən, yolu ikiyə bölməklə, bir və ya ikicərgəli yaradılır.
Küləkqırıcı xətlərdə ensiz və yığcam, ehram formalı çətir yaradan ağaclardan (həmişəyaşıl sərv, ehramvari qovaq, göyrüş, pekan) istifadə edilir.
Qoruyucu meşə zolaqları təbii qorunacağı olan sahələrdə yalnız sahənin qorunmayan tərəfindən, təbii qorunacağı olmayan sahələrdə isə bağın bütün cəhətlərində salınır.
Bağ qoruyucu meşə zolaqları bağ salmazdan azı 2-3 il əvvəl salınmalıdır (Şəkil 4.15).
Becərməni maşınlarla aparmaq üçün cərgəaraları 2,5-3 m verilir. Bitkiaraları, ağaclar üçün 1-2 m (qoz üçün 5-6 m), kol bitkiləri üçün 0,5-0,6 m verilir. Maşınların hərəkətini və normal havalanmanı təmin etmək üçün sərnələrin küncündə meşə zolaqları və küləkqırıcı xətlərdə 8...10 m enində boşluq (keçid) qoyulur.
Meşə zolaqları adi halda 3-4 cərgəli, güclü küləklərə məruz qalan sahələrdə isə 4-5 cərgəli olur. Təbii qorunacağı olan sahələrdə cərgələrin sayı 2-3 ədəd ola bilər.
Bağ qoruyucu meşə zolağı salınacaq sahələrdə torpağı bağda olduğu qayda ilə hazırlayır və sahə yaxşı gübrələndikdən sonra 1-2 illik sağlam və yaxşı boya malik bitkilər əkilir. Sonrakı qulluq işləri - cərgəarası torpağın becərilməsi, ağacların suvarılması, onların vaxtaşırı budanması, xəstəlik və zərərvericilərlə müntəzəm mübarizədən ibarət olur.
Bağqoruyucu torlar. Müasir intensiv tipli tumlu meyvə bağlarında müxtəlif qoruyucu tor örtüklərdən istifadə edilir. Tor örtüklər rənginə görə adətən iki cür olur: