Çoxillik otlar. Bağ üçün seçilmiş sahə nazik qatlı və az münbit torpaqlardan ibarət olduqda, həmin sahədə 1,5-2,5 il müddətində çoxillik otlar becərilir. Bu məqsədlə yonca, üçyarpaq yonca, daraqotu (hər hektara müvafiq olaraq 12+8+8 kq) istifadə edilir. Ot biçilir, xırda doğranaraq sahəyə səpilir. Sonda sahə şumlanır və əkin üçün hazırlanır (Şəkil 4.13).
Bağ üçün ayrılmış sahənin bölüşdürülməsi. Sahənin təşkili ilk növbədə suvarma şəbəkələrinin və hidrotexniki qurğuların səmərəli yerləşdirilməsini, suvarılan rayonlarda sərnələrin həcmini və formasının müəyyənləşdirilməsini, bağ qoruyucu meşə zolaqlarının, yolların və digər yaradıcı sahələrin təşkilini nəzərdə tutur.