Cins və sortlara tələb. Tumlu meyvə bitkilərinin cins və sortları seçilərkən, onların yetişmə müddəti, istifadə istiqaməti və saxlanma xarakteri nəzərə alınmalıdır.
Məhsulun eyni vaxtda yetişməsi onun yığılmasını çətinləşdirir və itkiyə səbəb olur. Bunun üçün meyvə bitkiləri yetişmə vaxtlarına görə qruplaşdırılır və bu zaman əsas üstünlük xüsusən tumlu meyvə bitkilərində payızlıq-qışlıq sortlara (60-80 %) verilir. Məhsulun istifadə məqsədinə görə qabaqcadan cins və sortlar müəyyənləşdirilir və onların becərilməsi texnologiyası dəqiqləşdirilir. Emal üçün istifadə ediləcək tumlu meyvə bitkilərinin sortları ayrıca sərnələrdə yerləşdirilir, bunların meyvələrinin yığımı mexanikləşdirilir. Təzə halda yeyilmək və ya uzun müddət soyuducularda saxlamaq üçün istifadə ediləcək sortların meyvələri yalnız əl ilə yığılmaq üçün planlaşdırılmalıdır.