Qamış, lıqvər, cil, ciyən, bataqlıca, yumşaq süpürgə və digər suya tələbkar (hiqrofit) bitkilər sahənin yüksək rütubətliliyinə dəlalət edir (Şəkil 4.4).
Ceyranotu (şiyav), yovşan, dovşan-topalı, bulaqotu, qayaotu, dovşan kələmi, çətir-yarpaq, daşdayan, məryəm noxudu, pişikquyruğu, nazik gövdə, dəvə tikanı tipli otlar və həmçinin xovlu palıd, dağdağan, ardıc, sarağan, qaratikan, murdarça tipli kserofit ağac və kollar sahənin quraqlığını göstərir (Şəkil 4.5).