Relyef. Bağın inkişafı və ağacların bol və yüksək keyfiyyətli məhsul verməsi yerin relyefindən bilavasitə asılıdır. Relyefin müxtəlifliyi həm mikroiqlim və həm də torpaq şəraitinə bilavasitə təsir göstərir (Sxem 4.2, Şəkil 7.2).
Ümumiyyətlə isə intensiv tipli bağlar üçün bütöv massivdə düzən, azacıq mailli (2-3°) sahələr daha əlverişli hesab edilir. Belə sahələrdə əksər işlər mexanikləşdirilir, işıq və istilik rejimi normal olur.