4.1. Meyvə bağı və onun tipləri
Meyvə bağı dedikdə əmtəəlik meyvə məhsulu istehsalı üçün nəzərdə tutulan çoxillik əkililər sahəsi nəzərdə tutulur. Məqsədinə, istiqamətinə və becərilmə texnologiyasına görə əmtəəəlik meyvə bağının aşağıdakı tipləri mövcuddur.
İntensiv tipli meyvə bağı. Belə bağda intensivləşmənin bütün ünsürləri iştirak edir. İntensiv bağ tipinin əsas amilləri aşağıdakılardır (Sxem 4.1).