Aşağıda verilmiş sualların düzgün cavablarını qeyd edin:
Sual 11. Tələb olunan əkin materialı 840 min ədəd və hektardan ting çıxımı 20 min ədəd olduqda formavermə şöbəsinin sahəsini tapın:
A) 40 ha;
B) 24 ha;
C) 42 ha;
E) 38 ha.
Sual 12. Calaqlıq şöbəsinin vəzifəsi nədir?
A) Toxmacar yetişdirmək;
B) Toxum istehsal etmək;
C) Ting yetişdirmək;
D) Basmalarla çoxaltmaq.
Sual 13. Toxumluq ana bağın vəzifəsi nədir?
A) Calaqaltı yetişdirmək üçün toxum vermək;
B) Calaq üçün çilik vermək;
C) Əkin materialı yetişdirmək;
E) Basmalarla çoxaltma aparmaq.
Sual 14. Çoxaltma şöbəsinin vəzifəsi nədir?
A) Calaq vurmaq üçün çilik vermək;
B) Toxmacar calaqaltı yetişdirmək;
C) Klon calaqaltıları artırmaq;
D) Toxum istehsal etmək.
Sual 15. Səpin tarlasının sahəsi 1,04 ha və səpin norması 30 kq/ha olduqda tələb olunantoxumun miqdarını tapın:
A) 30,7 kq;
B) 32,7 kq;
C) 33,2 kq;
D) 31,2 kq.