Nəzəri biliklərin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin düzgün və ya yanlış olduğunu işarələyin:
Sual 1. Klon calaqaltılar şöbəsində calaqüstü material istehsal olunur.
Sual 2. M9 alma sortları üçün klon calaqaltıdır.
Sual 3. Toxumluq ana bağda toxmacar calaqaltı yetişdirmək üçün toxum tədarük edilir.
Sual 4. Yarpaqların süni yolla tökdürülməsi prosesinə defoliant deyilir.
Sual 5. Tinglərin zəhərli kimyəvi maddələrin tüstüsü, yaxud da buğu ilə zərərsizləşdirilməsi əməliyyatına fumiqasiya deyilir.
Doğru |
Yanlış |
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. Sələf kimi ............................................................... olan sahədə plantaj şumunun tətbiqinə ehtiyac qalmır.
Sual 7. Belə ki, almanın MM106, MM111, MM104, M3, M4 tip calaqaltıları güclü böyüyüb ətrafa yayıldığından onları ........................ məsafədə, zəif böyüyərək və zəif kollanan calaqaltıları isə ............................. məsafədə əkirlər.
Sual 8. Payızda əkilmiş calaqaltılarda dibdoldurma ................... hündürlüyündə, yazda əkilmiş calaqaltılarda isə .......................... hündürlüyündə olmalıdır.
Sual 9. Torpaqda köklərin çürüməsi və zəhərlərin inaktivizasiyası üçün .................. vaxt tələb olunur.
Sual 10. Alaq otlarına qarşı mübarizə məqsədilə, tumlu meyvə bitkilərinin tingləri yetişdirilən sahənin hər hektarına ............................................................................................................ verilir.