Tingin müvəqqəti saxlanması. Tinglər kökləri açıq vəziyyətdə xüsusi torlara bükülərək (Şəkil 3.8), yaxud bükülmədən realizə olunanadək saxlanılır (Şəkil 3.9). Eyni zamanda onların kökləri torpaqla örtülmüş vəziyyətdə də müvəqqəti olaraq saxlanıla bilər (Şəkil 3.10).
Tinglərin fumiqasiyası. Meyvə bağlarında xəstəlik və zərərvericilərin artmasının qarşısını almaq məqsədilə meyvə tinglərini satışa buraxmazdan əvvəl onların zəhərli kimyəvi maddələrin tüstüsü, yaxud da buğu ilə zərərsizləşdirilməsi əməliyyatına fumiqasiya deyilir. Tingin fumiqasiya olunması üçün brommetil, əriyən sian, sian natri və d. preparatlardan istifadə olunur. Bu kimyəvi preparatların əmələ gətirdikləri zəhərli qaz atmosferində qısa müddətdə saxlanmış tinglər zərərsizləşdirlir və xəstəlik törədicilər məhv edilir.