Su ilə təmin olunmamış strukturlu torpaqlarda çoxillik ot bitkilərini, heriklə cərgəarası becərilən bitkilər əvəz edə bilər.
Calaqaltının və tingin yetişdirilməsi müddəti eyni olmadığından çoxaltma və calaqlıq şöbələrinin hər biri üçün əkin dövriyyəsi ayrıca tərtib və tətbiq edilməlidir. Bu şöbələr üçün əkin dövriyyəsini elə tərtib etmək lazımdır ki, adi becərmə şəraitində bitki becərildiyi tarlada 4-5 ildən sonra yenidən becərilsin. Əkin dövriyyəsində eyni tarlada becərilən bitki ondan sonra becəriləcək bitki üçün əlverişli şərait yaratmalıdır. Yadda saxlamaq lazımdır ki, hər bitki cinsinin zərərverici və xəstəlik törədiciləri mövcuddur. Toxmacar və ya ting becərildiyi sahədən çıxarıldıqdan sonra torpaqda olan zərərverici və xəstəlik törədənlər fəaliyyətlərini 2-4 il ərzində davam etdirir. Belə sahədə həmin cinsdən olan bitkilərin yenidən becərilməsi toxmacarın və tingin qeyri-standart olması ilə nəticələnir. Alma bitkisi tinglərində ən çox kök xərçənginə təsadüf edilir.
Şöbələr üzrə əkin dövriyyəsinin nümunələri aşağıda verilir.
Çoxaltma şöbəsində növbəli əkin dövriyyəsi üçün nümunələr (Cədvəl 3.2 və Sxem 3.2):
İllər | Tarlalar | |||
I | II | III | IV | |
2018 | Qara herik | Toxum səpini | Birillik yem bitkiləri | Paxlalı tərəvəzlər |
2019 | Toxum səpini | Birillik yem bitkiləri | Paxlalı tərəvəzlər | Qara herik |
2020 | Birillik yem bitkiləri | Paxlalı tərəvəzlər | Qara herik | Toxum səpini |
2021 | Paxlalı tərəvəzlər | Qara herik | Toxum səpini | Birillik yem bitkiləri |
2009 | Qara herik | Toxum səpini | Birillik yem bitkiləri | Paxlalı tərəvəzlər |
Cədvəl 3.2. Çoxaltma şöbəsində illər üzrə növbəli əkin dövriyyəsi