Torpağın münbitliyi müxtəlif olub bu göstəricini onun genezisi, iqlim, bitki və mikroorqanizmlər, əkinçilik mədəniyyəti təyin edir. Sonuncudan torpaqlardan səmərəli istifadə daha çox asılıdır.
Tinglikdə toxmacar və tinglərin həyat şəraitini aqrotexniki tədbirlər kompleksi təyin edir. Bu baxımdan da aqrotexniki tədbirlər kompleksi əkin materialının boyatması və inkişafının tənzimlənməsində, idarə olunmasında önəmli vasitədir.
Tinglikdə torpağın becərilməsi bütövlükdə aşağıda göstərilənlərə xidmət edir:
Tinglikdə torpağın becərilməsi qarşısında duran ən başlıca vəzifələrdən biri torpaqda suyun toplanması və qorunub saxlanılmasıdır. Bu iş aşağıdakı məqsədlərə xidmət edir:
Torpağın hava rejimi. Əkin qatında torpaqda havanın miqdarı ümumi həcminin 8-36%-ni təşkil edir. Torpaqda havanın miqdarı kapillyar olmayan məsaməlik dərəcəsindən asılıdır. Torpaq becərildikdə (əkin, kultivasiya) və eləcə də təbii halda torpağa atmosfer havası daxil olur ki, onun da bütün komponentləri (O2, CO2, N, H2O-buxar şəklində) torpaqda baş verən mikrobioloji proseslərdə, qidalanmada və köklərin inkişafında istifadə tapır.
O2 torpaqda olan üzvi maddələrin oksidləşərək bitkilər tərəfindən mənimsənilə biləcək formaya keçməsində, kökün hüceyrələrində dissimilyasiya prosesinin baş verməsində də iştirak edir. Azot (N) fiksə edici (toplayıcı) bakteriyalar tərəfindən O2 iştirakı ilə NO3 – nitrat formasında torpaqda azotun miqdarını artırır.
Torpağın becərilməsi dedikdə maşın və torpaq becərən alətlərlə torpağa edilən təsir – yəni torpağınişlənilməsi, yumşaldılması nəzərdə tutulur.
Torpağın ümumi və xüsusi becərilməsi mövcuddur.
Torpağın ümumi becərilməsinə - şumlama, malalama, kultivasiya, yarıq acma, üzləmə(4-7 sm), torpağı çevirmədən yumşaltma və s.aiddir.
Torpağın xüsusi becərilməsi: iki - və üçqat şumlama, herik şumu, frezləmə, malalama və s.