Bir hektarda lentlərin miqdarı 40 ədəd (100m:2,5m = 40) olmaqla hektarda əkin sətirlərinin poqonajı (uzunluğu) 16 000 m təşkil edir (4x40x100=16 000). Böyütmə şöbəsinin sahəsi bərabərdir:
P = 100000•2•3
20 • 16000•2 = 30
32 ≈ 0,938 ≈ 1,0ha
Böyütmə şöbəsinin sahəsi 1 hektar olmaqla hər tarlanın sahəsi 0,33 ha təşkil edir.
İldə 200 min ədəd 2 illik tumsar və 100 min 2 illik calaq ting istehsal edən tingliyin faydalı sahəsi 7 hektar olmalıdır (6 ha + 1 ha = 7 ha). Həmin sahənin (7 ha) 20 %-i müqabilində əlavə (köməkçi) sahəni də nəzərə alsaq tingliyin ümumi sahəsi 8,4 hektar götürülməlidir (≈8,5 ha). Ümumi sahəsi 8,5 ha olan tinliyin planı sxem 2.1-də verilmişdir.
TİNGLİYİN SXEMATIK PLANI
Ümumi sahəsi 8,5 ha M 1:2000
Faydalı sahəsi 7,5 ha
2.6. Tinglikdə torpağın becərilməsi
2.6.1. Torpağın becərilməsinin nəzəri əsasları
Tingliklərində torpağın becərilməsi qərzəkli meyvə bitkilərinin əkin materialının becərilməsi texnologiyasının tərkib hissəsidir.
Torpağın becərilməsi ona torpaq becərən alət, mexanizm, qurğuların işçi orqanları ilə mexaniki təsiri nəzərdə tutur ki, bunun da nəticəsində tumsar və tinglər üçün torpaqda daha əlverişli hava, su, istilik və qidalanma rejimi yaradılır, təmin olunur.