burada:
P - Bir cinsdən olan tumsar və ya tingin becərilməsi üçün tələb olunan sahə, ha;
N-Tapşırıq üzrə ildə yetişdirilən əkin materialının migdarı, min ədəd;
a-Yetişdirilən əkin materialının yaşı, il;
S-Qəbul olunmuş əkin dövriyyəsində tarlaların ümumi miqdarı, ədəd;
n-Normativ üzrə 1 hektardan əldə olunan (becərilən) əkin materialının miqdarı, min ədəd;
S1-Əkin materialı (tumsar və ya ting) altda olan tarlaların miqdarı, ədəd.
Daha dəqiq hesablamalr aparmaqdan ötrü düsturda [1] normativ üzrə sahə vahidindən əldə olunan əkin materialının miqdarı deyil, səpin sətirlərinin (şırımlarının), səpin lentlərinin və əkin cərgələrinin 1 poqon metrində becərilən əkin materialının miqdarından istifadə olunur:
𝑷= 𝑵𝒂𝑺
𝒏𝟏𝒍𝑺𝟏
[2]
burada:
n1-Səpin sətirlərinin 1 poqon metrində becərilən əkin materialının miqdarı, ədəd;
l-Qəbul olunmuş səpin (əkin) sxemi üzrə 1 hektarda səpin (əkin) sətirlərinin ümumi poqonajı (uzunluğu), km.
Məsələn, səpin şöbəsində ildə 200 min ədəd (N=200 min ədəd) 2 illik (a=2) cəviz toxmacarının yetişdirilməsi planlaşdırılır (S1=2). Əkin dövriyyəsi 3 tarlalıdır (S=3). Səpin ara məssafəsi 0,5 m olan şırımlarda aparılır. Şırımda cəviz toxumları ara məsafəsi 0,2 m olmaqla yerləşdirilir ki, bu da şırımım 1 poq. m-də 5 bitki olması deməkdir. Bir hektarda (100m x 100m) şırımların miqdarı 200 ədəd olub (100 : 0,5 = 200) uzunluğu (poqonajı) 20 min m və ya 20 km təşkil edir (200 x 100 m = 20 000m). Belə olduqda səpin şöbəsinin sahəsi aşağıdakı kimi olacaqdır [2]:
𝑷= 𝑵𝒂𝑺
𝒏𝟏𝒍𝑺𝟏
𝑷= 𝟐𝟎𝟎∗𝟐∗𝟑
𝟓∗𝟐𝟎∗𝟐 = 𝟔 𝒉𝒂
Beləliklə, səpin şöbəsinin ümumu sahəsi 6 hektar olmaqla 3 tarladan ibarətdir. Bir tarlanın sahəsi 2,0 hektar təşkil edəcəkdir.
Böyütmə şöbəsində ildə 100 min ədəd (N= 100 min ədəd) 2 illik calaq edilmiş cəviz toxmacarlarının (S1=2; S=3) yetişdirilməsi nəzərdə tutulur.
Tinglərin becərilməsi üçün toxmacarlar eni 2,5 m olan lentlərdə 4 cərgə olmaqla bir poqon metrdə 20 bitki (n1=20) əkilir (+60+60+60+70).