Cədvəldə verilən beş tarlalı əkin sxemində 2018-ci ildə I və II tarlalarda toxmacarlar yetişdirilməsi, III tarlada kənd təsərrüfatı bitkilərinin becərilməsi (tərəvəz, bostan), IV tarlada sideratlar səpilərək yaşıl gübrə şəklində torpağa verilməsi, V tarla isə herik altda saxlanılması göstərilmişdir. 2019-cü ildə I tarlada 2 illik toxmacarların yetişdirilməsi, II tarlada toxmacarlar qazılaraq k/t bitkilərinin becərilməsi, III tarlada sideratların səpilməsi, IV tarlanın herik altda saxlanılması və V tarlada isə 1 illik toxmacarlar yetişdirilməsi nəzərdə tutulur. Bu qayda üzrə 5 il ərzində becərmə mərhələləri bütün tarlalardan keçmiş olur.
Cədvəl 2.1 - də verilən çoxtarlalı əkin sistemi dövriyyəsi sxemində nəzərdə tutulan mər-hələlər 1 illik toxmacarlar, 2 illik toxmacarlar, k/t bitkiləri, sideratlar və qara herik olub rotasiya (dövr ertmə) müddəti 5 il təşkil edir.Nəzərdə tutulan mərhələlər dövr edərək 5 il ərzində ardıcıl olaraq bütün tarlalardan keçərək nəzərdə tutulmuş əkin sistemi başa çatmış olur.
Çoxtarlalı əkin sxemində qəbul olunmuş bütün becərmə dövrlərinin hər tarladan keçməsi əkin dövriyyəsi və ya rotasiya adlanır, eyni əkin (becərmə) üsulu ilə həmin tarlaya təkrarən qayıdılmasına sərf olunan vaxt isə rotasiya müddəti adlanır (Cədvəl 2.1).
Səpin şöbəsi 4 tarladan (I-IV) ibarət olub ikisi 1-illik və 2-illik tumsarlar, digər ikisi isə qara herik və sideratlar altında istifadə olunur. Böyütmə və ya məktəb şöbəsi 3 tarladan ibarət olub ikisi 1-illik və 2-illik calaq edilmiş tinglər altında istifadə olunur, 3-cü tarla isə dincə qoyulur. Tingliyin perimetri üzrə (yaşıl rənglə) qoruyucu meşə zolağı göstərilmişdir.