2. Böyütmə və ya məktəb şöbəsi. İri ölçülü, kök sistemi, ştambı və çətiri formalaşmış əkin materialı- tinglər yetişdirilir. Calaqlıq şöbəsindən peyvənd edilmiş tumsarlar böyütmə (məktəb) şöbəsinə köçürülərək daha seyrək, geniş qida sahəsində əkilərək becərilir. Böyütmə şöbəsində bir və ya birneçə köçürmə tətbiq oluna bilər.
3. Vegetativ çoxaltma şöbəsi. Vegetativ çoxaldılmış (oduncaqlaşmış və yaşıl çiliklə, okulirovka və kopulirovka, in vitro qidalı mühitdə mikroklonal və s.) əkin materialının yetişdirilməsi həyata keçirilir.
4. Toxumluq və çilik ana bağ şöbələri. Toxum və çilik tədarükü məqsədləri üçün yaradılır.
Köməkçi şöbələr:
5. Tinglərin fumiqasiyası və saxlanması şöbəsi.
6. Toxum xammalı emalı sexi, toxumların saxlanılması üçün soyuducu anbar, toxumların keyfiyyətinin sınanılması laboratoriyası.
7. Toxumların səpinə hazırlanması (stratifikasiyası) və səpinqabağı dezinfeksiyası və dezinseksiyası üçün xüsusi bina.
8. Mikroiqlim tənzimlənən örtülü qrunt sahəsi. Burada yaşıl çiliklərlə çoxaltma ilə yanaşı, mikroklonal üsulla çoxaldılmış əkin materialının açıqqrunt şəraitinə köçürülərək kök atması həyata keçirilir.
9. Maşın və avadanlıqların, kimyəvi vasitələrin və preperatların saxlanılması üçün anbar.
10. Kimyəvi preparatlardan işçi məhlulların hazırlanması üçün xüsusi yer (sex).
Toxumluq ana bağ şöbəsi. Belə bağın yaradılmasında məqsəd tinglik təsərrüfatını meyvə toxumu ilə təmin etməkdir. Burada tədarük edilmiş toxumları tinglikdə səpib, onlardan uca boylu toxmacarlar - calaqaltılar yetişdirilir. Belə bağda hər respublika üçün qəbul olunmuş calaqaltılardan toxumluq ağaclar becərilir. Toxum tədarükünü asanlaşdırmaq üçün hər meyvə bitki cinsindən olan ağaclar cərgə ilə ayrıca əkilir. Toxumluq ana bağın salınması üçün sahənin seçilməsi, əkinə hazırlanması, ağacın əkilmə qaydası və tətbiq olunan bütün texnoloji əməliyyatlar meyvə bağlarında olduğu kimidir (Z.M.Həsənov, C.M.Əliyev, 2007, 2011).
Tingliyin əsas şöbələri:
1. Səpin və ya calaqlıq şöbəsi. Adından göründüyü kimi, toxumların səpini aparılır və toxumdan alınan toxmacarlar-tumsarlar becərilir (1 və ya 2 illik). Səpin şöbəsində tumsarlar kütləvi peyvənd (calaq) edildi üçün calaqlıq şöbəsi də adlandırılır.