Qafqazda və Azərbaycanda bir növü Adi şabalıd - C. sativa Mill. təbii halda meşələrdə bitir.
Qafqazda və Azərbaycanda bir növü Adi şabalıd - C. sativa Mill. təbii halda meşələrdə bitir. Qafqazda və Azərbaycanda bir növü - Adi şabalıd - C. sativa Mill.təbii halda meşələrdə bitir.Boyu 35 m, gövdəsinin diametri 300 sm olan iri gövdəli ağacdır. Bəzən 3000 il və çox yaşayır. Cavan zoğlarının qabığı tünd boz rəngdədir, yaşlı ağaclarda qabıq tünd-qəhvəyi rəngdə olub, qeyri-bərabər dərin çatlıdır. Sıx enli çətirlidir, dalğın budaqlıdır, cari zoğları tünd qonur rənglidir, tumurcuqları yumurtavaridir, iridir, tünd qəhvəyi pulcuqlarla örtülüdür. Yarpaqları növbəli düzülüşlüdür, saplaqlıdır, kənarları dişlidir, 10-25 sm uzunluğundadır, əsas yarpaq oxundan ayrılan 15-25 cüt damarları vardır, hər damar kənar dişlərin ucuna kimi uzanır və yuxarıya doğru əyilmiş tikana bənzər dişlər əmələ gətirir. Yarpaq saplağına yaxın daralaraq kənarları dişsiz pazvari şəkil alır. Çiçəkləməsi yarpaqlamadan sonra yayın əvvəllərində başlayır. Əsasən həşəratlar tərəfindən tozlanır. Çiçəkləri nektarlıdır və yaxşı bal verən bitki hesab olunur. Çiçəkləri yarpaq qoltuğunda yerləşir, uzun çiçək oxu üzərində mürəkkəb çiçək qrupu olur. Hər oxda 3-7 dişicik və 1-3 erkəkcik çiçək yumaqcığı yerləşir. Erkəkcik və dişicik çiçəkləri ayrı-ayrı çiçək sünbülcüyündə yerləşir. Oxun aşağısında dişicik, yuxarısında isə erkəkcik çiçəkləri yerləşir. Erkəkcik çiçəkləri sarımtıl rənglidir. Dişicik çiçəkləri yaşılımtıldır, sərt tikanvari qərzəklə əhatə olunmuşdur. Yumurtalığı 6 yuvalıdır və hər yuvadan bir ədəd uzun lentvari dişicik ağızcığı çıxır.Hər yuvada isə iki yumurtacıq olur. Toxumu (şabalıd) payızda yetişir, birtərəfdən basıq kürəvari formalıdır. Qərzəyi tikanvaridir, yetişdikdə qərzək partlayır dörd hissəyə ayrılır və toxum tökülür (Şəkil 1.56).
1.7.1. Təsərrüfat əhəmiyyəti
Şabalıdın meyvəsi çox qidalı olmaqla bərabər, tərkibində quru maddə hesabı ilə 14,5% zülal, 9% yağ, 76,7% nişasta, 3,25% kül, 3% sellüloz maddələri, vitaminlər, alma, limon, asparagin, qlütamin turşuları, amin turşularından lizin, treonin, leysin, alanin, lipaza, (fermentdir) tirozin, arginin və başqaları, həmçinin Ni, Zn, Ca, Fe və başqa elementlərdə vardır. Şabalıd meyvələrinin tərkibində dəmirin miqdarı alma, armud və gavalıdan 2-3 dəfə çoxdur [4,7,8].
Yaşlı bir şabalıd ağacından 300-400 kq məhsul toplanır. Şabalıd çiçəkləri həm də arıları cəlb edir. Onların balı müalicəvi əhəmiyyətə malik, çox keyfiyyətli olur (Şəkil 1.57) .
Şabalıd meyvələri təzə, qovurulmuş və suda bişirilmiş halda istifadə olunur, yüksək qidalılığına, zəngin dad keyfiyyətinə görə fərqlənir.