Yuxarıda qeyd olunanlardan başqa, Abşeronda becərilməsi məsləhət bilinən Keşlə-2-I-A, Keşlə-276-A, 186-Q formaları da mövcuddur.
Abşeronda qədim zamandan becərilən 188 - Q formasının 100 ədəd meyvəsinin kütləsi 96-112 qramdır. Ağzı açılmış meyvələr 70-98%-ə qədər olur. Ləpə çıxımı 49-55%, yağlılığı 58,8% -63%, hər ağacdan 5-7 kq meyvə toplanır.
Qeyd olunanlardan əlavə AzET Bağçılıq və Çayçılıq İnstitutunun Abşeron Subtropik Bitkilər Təcrübə Stansiyasında (Binə) çoxillik müşahidələr nəticəsində Abşeron kəndlərində müsbət təsərrüfat əlamətlərinə görə bir çox yeni sort, formaları seçilmişdir. Bunlardan bir neçəsinin aşağıdatəsviri verilir.
Mərdəkan 32/81. Ağacın hündürlüyü 6 m, meyvəsinin 80%-nin qabığı çatlayır, bir meyvənin orta kütləsi 0,9-1 qram-dır. Ləpə çıxımı 70-88%, bir ləpənin kütləsi 0,5-0,6 qr, rəngi açıq-yaşıl, yağlı və dadlıdır. 70 yaşlı ağacdan 25-35 kq məhsul yığılır.
Mərdəkan 18/85. Ağacın hündürlüyü 4,5 m, girdə çətirlidir. Meyvəsinin 90%-nin qabığı çatlayır. Meyvəsi iri, 20x14 mm, orta kütləsi 0,9-12 qramdır. Ləpə çıxımı 55%, bir meyvənin kütləsi 0,5-0,7 qram, rəngi açıq-yaşıldır. 47 yaşlı ağacdan orta məhsuldarlığı 60-80 kq-dır.
Buzovna65/84. Ağacı girdə çətirli, hündürlüyü 6m, ortasıxlıqdadır. Meyvələrinin 40-50%-nin qabığı çatlayır, ləpə çıxımı 55-60%, orta məhsuldarlığı 50 kq-dır.
Zümrüd. Ağacı böyük və enli çətirlidir. Meyvəsinin salxımları uzundur. Bir salxımda 20-25 ədəd meyvə olur. Meyvəsi uzunsov oval formada, qabığı açıq-sarıdır. Ləpəsi asan (88%) çatlayır, ləpəsi açıq - yaşıl, bir tərəfi qırmızıdır. Tərkibində 58,7% yağ, 3,55 səkər vardır. Ləpə çıxımı 52%- dir.
İran 186. Meyvəsi çox iridir.Uzunluğu 22 mm, kütləsi 1,15 qramdır, ləpə çıxımı 2,8%, tərkibində 56,3% yağ vardır. Meyvələrinin 100%-nin qabığı çatlayır (Şəkil 1.53).
1.7. Şabalıd
Adi (yeyilən və ya əkilən) şabalıd (Castanea sativa Mill.) fıstıqkimilər fəsiləsinin (Fagaceae Dumort.) şabalıd cinsinə - Castanea Mill. aid olanbitkidir (Şəkil 1.55).
Birevli, qışda yarpağı tökülən iri gövdəli nəhəng ağacdır, bəzən kol şəklində olur. Aralıq dənizi ətrafı ölkələrində, Qafqazda, Şərqi Asiyada, Şimali Amerikada yayılmışdır. Bu cinsə 30-a qədər növ daxildir. Şabalıd qazıntı halında Üçüncü Dövrün başlanğıcından məlumdur və vaxtilə daha geniş ərazidə yayıldığı göstərilir.