Gec çiçəkləməsi, müntəzəm bar verməsi, məhsuldarlığı ilə fərqlənir. Hər ağac orta hesabla 7 kq məhsul verir, üçüncü il məhsula düşür. Məhsuldardır, martin ikinci ongünlüyündə çiçəkləyir. Çəyirdəyi orta böyüklükdə, bəzən böyük olmaqla yastı, yumru-oval formadadır. Hündürlüyü 40 mm-dir. Qabığı çox nazik (kağızı), rəngi bullanıq - sarıdır. Ləpəsi yastı, yağlı və şirindir. Çəyirdəyin orta kütləsi 2 qr-dır. Ləpə çıxımı 56%, yağlılığı 52%-dir. Qərzəyi nazik, gümüşü rəngdədir. Yetişəndə çəyirdəyi çatlayır, lakin tökülmür. Əsas tozlayıcısı Nek-plyus-ultra və Dreyk sortlarıdır [4].
Sovetskiy. Bu sort Nikita Botanika bağından gətirilmişdir. Ağacı ortaboylu olub, meyvələrinin qabığı orta dərəcədə yumşaqdır. Meyvəsi orta irilikdədir. Məhsuldar sortdur. Hər ağacdan orta hesabla 6-7 kq məhsul götürülür. Meyvəsi avqustun axırında yetişir. Bir meyvənin kütləsi 3,2 qr, ləpə çıxımı isə 48,5%- dır. Əsas tozlayıcıları Nikitski- 62, Svetlıy, Predqornıy sortlarıdır.
Nek-plyus-ultra. Bu badam sortu Kaliforniyada seieksiya nəticəsində əldə edilmişdir. Buradan başqa ölkələrə yayılmışdır. Olduqca qiymətli sortdur. Ağacı böyük, sıxyarpaqlıdır. Gec çiçəkləməsi, müntəzəm və bol bar verməsi ilə fərqlənir. Çəyirdəyinin başı ovaldır. Meyvəsinin qabığı olduqca nazikdir. Barmaq arasında əzilir. Açıq samanı rəngdədir. Ləpəsi iri, dadlı və yağlıdr. Bir çəyirdəyin çəkis 1,72 q-dır. Ləpəsi çəyirdəyin 55%-ni təşkil edir. Martın ikinci yarısında çiçəçkləyir. Nonparel sortu ilə tozlamr.
Məhsuldar Nikita-16. Krımda seleksiya yolu ilə əldə olunmuşdur. Gec çiçəkləməsi, dərin qış sükunət dövrü keçirməsi ilə fərqlənir. Ağacları güclü böyüyür və piramida şəkilli çətir əmələ gətirir. Aprelin əvvəlində çiçəkləyir. Çox məhsuldar sortdur (Şəkil 1.46). Çəyirdəyi uzun yastı formadadır. Qabığı bərk, rəngi darçınıdır. Ləpəsi yağlı və dadlıdır. Ləpə çıxımı 40%-dən artıq olmur. Yağlılığı 51%-ə qədərdir. Qərzəyi yaxşı parlayır. Nek-plyus-ultra və Dreyk sortları ilə tozlanır. Qabığının qalın və ləpəsinin az çıxmasına baxmayaraq gec çiçəklədiyindən yaz şaxtaları tez düşən yerlərdə geniş sürətdə becərilməsi tövsiyə olunur.
Nikitski 62. 1902- ci ildə Nikita Botanika bağında yetişdirilmişdir. Ağacı alçaqboylu olub, hər il məhsul verir. Bağa əkildikdən 3 il sonra bara düşür. Hər ağac 8,1 kq-a qədər bar verir. Meyvəsi sentyabrda yetişir, qabığı nazik olur, tez sınır. 1 meyvənin kütləsi 3,2 qr-dır. Ləpə çıxımı 33%-dir. Ləpəsinin kütləsi 1,4 qr-dır. Tərkibində 50%-ə qədər yağ vardır. Əsas tozlayıcıları Sovetski, Primorski sortlarıdır.