Bu sortlardan ləpə çıxımı 50%-dən artıq olur. Bəzən kağızı badamları təmizləməyəndə pis saxlanılır. Bu sortları quşlar ağacda dənləyirlər. Nonparel sortu buna bariz nümunədir.
Daş badam (bərk qabıq) qrupuna daxil olan sortların meyvələrinin qabığı qalın, ləpə çıxımı faizi az olur. Çəkiclə güclü zərbə ilə əzilir. Bu qrupa daxil olan sort və formaların ləpə çıxımı 15-30% olur [12].
Daş badamın becərilməsi məqsədəuyğun deyildir. Azərbaycanda yerli sortların əksəriyyəti şirin ləpəli daş badamdır. Ağacları çox qüvvəli, məhsuldar, hündürboylu və şaxtaya davamlı olduğu üçün bəzi yerlərdə və meşə zolaqlarında əkilməsi məsləhətdir.
Daş badamın becərilməsi heç bir əhəmiyyət kəsb etmir. Çünki bunların qabıqları çox qalın olmaqla ləpələri çox xırda olur. Kağız badamın iqlim şəraitinə uyğun olanarını artırmaq lazımdır. Şaxtalı yerlərdə gec çiçəkləyən sortların artırılması məqsədəuyğundur.
Cənubi Azərbaycanda qiymətli badam sortları geniş sahələrdə becərilir. Standart və keyfiyyətli badam əldə etmək üçün ancaq yararlı sortları calaq vasitəsilə artırmaq vacibdir. Respublikamızda yayılan badam sortları yerli ata-baba, keyfiyyətli introduksiya olunmuş və seleksiya sortlarından ibarətdir [4,7,8].
1.5.4.2. Yerli badam sortları
Bakıətrafı kəndlərdə çox becərilən Azərbaycanın yerli sortlarındandır. Ağacları hündür, çətiri piramida şəkillidir. Meyvəsinin uzunluğu 45 mm, yastı və şişdir (Şəkil 1.45). Yumurtaşəkillidir, təpə hissəsi oyulmuş dik kimidir. Qabığı nazik və yumşaqdır. Darçını rəngdədir. Ləpəsi böyük, yağlı və çox dadlı olur. Ləpə çıxımı 45%-dir. Martın axırlarında çiçəkləyir [4].
Abşeron - Abşeron yarımadasının yerli xalq seleksiyası sortudur. Çətiri sıxyarpaqlı və sallaq budaqlıdır. Çəyirdəyi 43-45 mm uzunluğunda, eni çox uzun və şişburundur. Qabığı nazikdir, asanlıqla sınır. Ləpəsi yağlı, dadlı və şirindir. Ləpə çıxımı 40%-dir. Martın axırlarında çiçəkləyir.
Mərdəkan. Abşeronun Mərdəkan kəndinin yerli sortudur. Abşeronyarımadasında çox yayılmış qiymətli sortdur. Meyvəsi böyük və uzun olur. Şiş burunu dimdik kimi yana əyilmişdir. Qabığı açıq-samanı rəngdə olub çox nazikdir. Ləpəsi yağlı, dadlı və şirindir. Hər il məhsul verir. Aprelin əvvəllərində çiçəkləyir.
1.5.4.3. İntroduksiya olunmuş badam sortları
Azərbaycana Krımdan gətirilərək rayonlaşdırılmışdır. Əsli Kaliforniyadandır. Bu sortun əkin sahəsi vətənində badam bağlarının 45%-ni təşkil edir. Ağacları hündürboylu, budaqları düz çətirlidir.