Çətiri oval şəkillidir. Gövdənin qabığı cadarlı və qara-bozdur. Budaqları kül, və bozgümüşü rəngdədir. Qabığı seyrək səpkilidir. Birillik zoğları uzun, nazik, rəngləri açıq-yaşıl olur. Yarpaqları sadə, uzun, oval şəklində, kənarları dişli, ucları şiş, qalın, açıq-yaşıl rəngdədir. Yarpaq saplağı uzundur. Tumurcuqları konus şəklində, üzəri pənbəlidir.
Badam yabanı halda Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Dağıstanda, Azərbaycanda, Türkiyədə və Suriyada bitir. Cənubi Azərbaycan qədimdən özünün gözəl badamı ilə şöhrət qazanmış və indi də badam bu ölkənin əsas sərvətlərindən biri hesab olunur. Aralıq dənizi sahilləri ölkələrinin hamısında badam geniş ərazilərdə becərilir. Cənubi Fransa, İtaliya, Suriya, İspaniya və Şimali Afrika ölkələrində badam bağları çox geniş sahələri tutur. Badam Orta Asiya respublikalarında, Krımda, Azərbaycanın Abşeron yarımadasında və Naxçıvanda becərilir.
Dünyada badam istehsalı üzrə aparıcı 10 ölkənin adı və illik istehsal həcmi cədvəldə verilmişdir (Cədvəl 1.3).
Respublikamızda mövcud olan əlverişli torpaq, iqlim şəraiti hələ qədim zamanlardan bu qiymətli meyvə bitkisinin becərilməsinə imkan vermişdir. Cır badamlara Azərbaycanın dağlıq bölgələrində rast gəlmək olur.
Azərbaycanda badamın iki yabanı növü – dağ badamı (Amygdalus fenzliana (Fritsh) Lipsky.) və Nairi badamı (A. nairica Fed.) yayılmışdır. Əsasən Naxçıvan MR ərazisində, Böyük və Kiçik Qafqazda vadidən başlayıb dağətəyi və orta dağ qurşağına qədər olan ərazilərdə yayılmışdır.
Dağ badamı - Amygdalus fenzliana Fritsch. daha geniş areala malikdir. Azərbaycanda Alazan-Əyriçay vadisində, Kür-Araz düzənliyində, Qafqaz bölgəsində, Naxçıvan və Talışda quru yamaclarda, kolluqlarda yayılıb, Naxçıvanda bəzən cəngəllik əmələ gətirir.
Yabanı badam növləri tikanlı kol bitkiləridir. Dağ badamının kökündən bir neçə budaq çıxır, boyu hündür olmur, çətiri geniş, yastıdır. Meyvəsinin qabığı bərk, xırda, ləpəsi acı olur.
Quraqlığa və şaxtaya olduqca davamlıdır. Calaqaltı kimi istifadə olunur.