Məhsula dördüncü ildə düşür. Bir kolun məhsuldarlığı 10-12 kq-dır. Meyvəsi iri, rəngi qırmızıdır. Sentyabrın birinci ongünlüyündə yetişir. Ləpə çıxımı 48 %, yağlılığı 65,8 %-dir. Bir hektarın məhsuldarlığı 1680-2016 kq-dır.Xəstəlik və zərərvericilərə qarşı davamlıdır.
Bolşoy Pyostrıy. Avropa mənşəlidir. Kolu hündürboylu (10-12 m), çətiri dağınıq formalıdır. Məhsula beşinci ildə düşür. Hər il bar verir. 10-15 yaşlı koldan 15 kq, bir hektardan isə 2520 kq məhsul verir. Meyvəsi nisbətən xırda (1,8 qr), dəyirmi konus şəkillidir. Qərzəyi meyvəsindən uzundur. Qabığı orta qalınlıqda, hamar olub, rəngi açıq-qəhvəyidir. 100 ədəd meyvəsinin kütləsi 247 kq-dır. Ləpə çıxımı 48 %-dir.Xəstəlik və zərərvericilərə qarşı orta dərəcədə davamlıdır.
Haribald. Avropa mənşəli sort olub, Zaqatala Dayaq Məntəqəsində kolleksiya fındıq bağında becərilir. Ortaboyludur, çoxlu pöhrə əmələ gətirir. Avqust ayının sonunda yetişir. Əkiləndən sonra beşinci ilində məhsula düşür. Çoxlu kök pöhrəsi əmələ gətirir. Hər il bar verir. Bir koldan 10 kq məhsul toplanır. Sentyabrın sonunda yetişir. Bir meyvəsinin hündürlüyü 1,7 sm, eni 2,0 sm-dir. Qabığın qalınlığı 0,25 mm-dir. Ləpənin hündürlüyü 1,6 sm, eni 1,5 sm-dir. Ləpə çıxımı 44%, yağlılığı 48,9 %-dir. Fındıq uzunburunu ilə cüzi sirayətlənir. Quraqlığa davamlıdır.
Kudryavçik. Sort Şimali Qafqazdan introduksiya olunmuşdur. Şəki-Zaqatala bölgəsində yayılmışdır. Kolu 10 metr hündürlükdə, çətiri seyrək formalı, sıx yarpaqlıdır. Çoxlu pöhrə əmələ gətirir. Məhsula dördüncü ili düşür. Hər il bar verir. Bir kolun məhsuldarlığı 10-15 kq-dır. Bir meyvəsinin kütləsi 2,0 qr-dır. Formaca dəyirmi, yumrudur. Qərzəyi meyvəsindən uzundur. Meyvəsinin qabığı nazik, açıq-qəhvəyi rəngdədir. Ləpəsi açıq-qəhvəyi rəngdəolub, pərdə içərisindədir. 100 ədəd meyvəsinin kütləsi 156,4 qr-dır. Ləpəsinin kütləsi 77,0 qr, qabığının kütləsi isə78,0 qr-dır. Ləpə çıxımı 47,8%-dir. Quraqlığa vəxəstəliyə davamlıdır, fındıq uzunburunu ilə cüzi sirayətlənir.
Qırmızı lombard. Kolu orta hündürlükdədir (3,8 m). Dağınıq çətirlidir. Orta dərəcədə pöhrəvermə qabiliyyətinə malikdir. Məhsula dördüncü ili düşür.Hər il bar verir. Bir koldan 10 kq məhsul verir. Sentyabrın əvvəllərində yetişir. Bir meyvəsinin kütləsi 2,5 qramdır. Qərzək meyvəsi ilə bərabərdir. Qabığı orta qalınlıqda, açıq-qəhvəyi rənglidir. Ləpə çıxımı 45,2%, yağlılığı 62,5 %-dir(Şəkil 1.38).
Quraqlığa, xəstəlik və zərərvericilərə qarşı orta dərəcədə davamlıdır