Meyvəsi avqustun sonunda yetişir. Ləpə çıxımı 48%, yağlılığı 69,4%-dir.
Quraqlığa, xəstəlik və zərərvericilərə qarşı davamlıdır.
Topqara. Kolu hündürboylu, 15 m böyüklükdə, yığcam çətirlidir. Bağa əkiləndən sonra üçüncü ili məhsul verir. 15 yaşlı kolun məhsuldarlığı 14-17 kq, bir hektarın məhsuldarlığı 2500 kq-dır. Meyvəsi avqustun birinci ongünlüyündə yetişir. Ləpə çıxımı 51%, yağlılığı 68,2%-dir.
Xəstəlik və zərərvericilərə qarşı davamlıdır.
Göbəkli. Kolun hündürlüyü 10 m, sallaq çətirlidir. Daimi yerinə əkiləndən üç il sonra məhsul verir. Hektardan məhsuldarlığı 2892 kq-dır. Meyvəsi sentyabrın əvvəllərində yetişir. Ləpə çıxımı 71,8%, yağlılığı 64,9%-dir. Xəstəlik və zərərvericilərə qarşı davamlıdır.
Tala. Yığcam çətirli, kolun hündürlüyü 12 m, 10 yaşında kolun məhsuldarlığı 20 kq, hektardan məhsuldarlığı isə 20-22 sentnerə çatır, kolu ortaboyludur. Xəstəlik və zərərvericilərə qarşı davamlıdır.
Firavan. Sortun kolu 4,5 m hündürlüyündədir. Tez böyüyən, dağınıq çətirlidir, çoxlu pöhrə əmələ gətirir. Məhsula dördüncü ili düşür, hər il bar verir. On yaşlı kolun məhsuldarlığı 9-10 kq-dır. Meyvəsi iri (2,9 qr), forması dəyirmidir. Meyvənin uc hissəsi sivridir. Qərzəyi meyvədən iki dəfə uzundur. Ləpəsi qəhvəyi rəngdə olub, ləpə çıxımı 49,6%, yağlılığı 73,6%-dir. Bir hektardan məhsuldarlığı 1458-1620 kq təşkil edir. Quraqlığa, xəstəlik və zərərvericilərə qarşı davamlıdır.
Elbarı. Kolu orta böyüklükdə, hündürlüyü 4,5 m-dir. Çətiri kürəyəbənzər formada olub, sıxdır. Məhsula dördüncü ili düşür və hər il bar verir. On illik koldan 9,2 kq meyvə yığılır. Meyvəsi iri (2,7-2,8 qr), formaca hamar, yanlardan basıqdır. Qərzək meyvədən 1-3 dəfə uzundur (Şəkil 1.35). Ləpəsinin rəngi açıq-qəhvəyi olub, içi kremi (açıq sarı) rəngdədir. Ləpə çıxımı 48,6%, yağlılığı 68,7%-dir. Quraqlığa, zərərverici və xəstəliklərə qarşı davamlıdır.
Şiş fındıq. Kolu ortaboyludur. 10 yaşlı kolun məhsuldarlığı hektardan 1300 kq-dır. Avqustun üçüncü ongünlüyündə yetişir. Ləpə çıxımı 51,5%, yağlılığı isə 71%-dir. Xəstəlik və zərərvericilərə qarşı davamlıdır.
Qalib. Zaqatala rayonunda yayılmışdır. Dövlət SS-na 1974-cü ildə qəbul edilmişdir. Kolu ortaboylu olub, hündürlüyü 8 m-dir. Çətiri sıx, kürəşəkillidir, pöhrə verməsi orta dərəcədədir, bara üçüncü ildə düşür. Bəzi kolun məhsuldarlığı 16kq, hektardan məhsuldarlığı isə 2592 kq-dır. Avqustun axırlarında yetişir. Meyvəsi orta böyüklükdə 2,19 qr, yastı dəyirmidir. Qabıgı nazik, qırmızı - qəhvəyi rəngdədir. Ləpəsi ağ, ləpə çıxımı 51,2%, yağlılığı isə 72%-dir.Xəstəlik və zərərvericilərə qarşı davamlıdır.