Zaqatala. Zaqatala rayonunda geniş yayılmışdır. Ağacı ortaboylu (17 m), çətiri dəyirmi, enli formalı, yarpaqlanması orta sıxlıqdadır. Bir ağacın məhsuldarlığı 136-157 kq-dır. Meyvələri eyni böyüklükdə, uzunsov, oval formalı, bir meyvənin kütyləsi 10,5 qramdır. Qabığı nazikdir, asan sınır, açıq-qəhvəyi rəngdədir. Ləpəsi qabıqdan bütöv çıxır, rəngi ağ və dadlıdır. Ləpə çıxımı 51%, yağlılığı 79,2%-dir. Oktyabrın birinci ongünlüyündə yetişir. Quraqlığa, xəstəlik və zərərvericilərə qarşı davamlıdır.
Ordubad. Ordubadın yerli qədim xalq seleksiyası sortudur. Sort qeyd olunmuş rayonda geniş yayılmışdır. Ağacı ortaboylu, çətiri dağınıq, yarpağı ovalşəkilli, iri, açıq yaşıl rəngdədir. Erkək çiçəkləri adətən ikiillik budaq üzərində əmələ gəlir. Dişi çiçəkləri topa halında (8-10 ədəd bir yer-də) bitir. Aprelin əvvəlində çiçək açır. Meyvəsi iri (kütləsi 10-12 qr) yumru formalıdır, qabığı zərifdir. Ləpəsi yumşaq, ağ rəngdədir. Ləpə çıxımı 65-68%-dir. Meyvəsi sentyabrın. sonunda yetişir. Bir ağacın məhsuldarlığı 55-65 kq-dır. Quraqlığa, xəstəlik və zərərvericilərə qarşı davamlıdır.
Vüsal cəviz. Bu cəviz sortu Quba rayonunun kəndlərində yetişdirilir. Qeyd olunan cəvizin nümunələri Az ETB və SBİ - nun Zaqatala Dayaq Məntəqəsinə gətirilərək becərilir. Ağacın hündürlüyü 17 m-dir. Meyvəsi sentyabrın sonu, oktyabrınəvvəllərində yetişir. Sortun meyvəsi orta irilikdə olub, ləpəsi yağlı, ağ - sarımtıl rəngli, bir ağacın məhsuldarlığı 150-200 kq-dır. Meyvəsi orta irilikdə olub, eyni vaxtda yetişir. Meyvənin oturacağı nisbətən yastıdır, meyvəsinin hündürlüyü 4 sm, eni 3 sm-dir. Ləpənin kütləsi 6,9 qr-dır, qabığın qalınlığı 0,2 mm-dir, ləpənin hündürlüyü 2,7 sm, eni 2,6 sm-dir. Xəstəlik və zərərvericilərə qarşı davamlıdır.
Məşad. Bu forma Quba rayonunda geniş yayılmışdır. Ağacın hündürlüyü 15-20 m, eni 10 m-dir. Meyvəsi sentyabrın ortalarında yetişir. Meyvəsinin hündürlüyü 3,7 sm, eni bir tərəfdən 4 sm, digər tərəfdən 3,5 sm, qabığın qalınlığı 0,2 mm, ləpənin hündürlüyü 3,5 sm, eni 3,2 sm-dir. Bir ağacın məhsuldarlığı 250-300 kq, ləpənin ağırlığı 9 qr-dır. Ləpəsi dadlı, rəngi ağdır. Xəstəlik və zərərvericilərə qarşı davamlıdır.
Faldar. Zaqatala rayonunda yayılmış yerli sortdur. Ağacın boyu 20-25 m, çətiri kürə şəkillidir.