Bu səbəbdən də təbii yayılan cəviz ağaclarında və toxumla coxaldılmış əkinlərdə neçə ağac varsa meyvələrinin morfoloji muxtəlifliyinə görə o qədər də formanın olmasını söyləmək olar.
Hər yeni nəsil irsi mübadilə nəticəsində bu və ya digər dərəcədə cəvizin genofondunu zənginləşdirir. Bioloji müxtəliflik nəticəsində cəvizin vahid genofondu yaranaraq növün sabitliyi və davamlılığı təmin edilir.
Cəviz relikt növ olub geniş genetik imkanlara malikdir (Şəkil 1.14). Populyasiyani təşkil edən fərdlərin irsi mübadilə nəticəsində yaranan və irsi xarakter daşıyan genlər məcmusu genofond təşkil edir (genos-nəsil, soy, found-əsası, kökü). Genofondun bütövlüyünü populyasiya daxilində irsi mübadilə (panmiksiya) təmin edir. Təbii seçmə nəticəsində hər yeni nəsil müxtəlif genotipik fərdlər tərəfindən genofondu zənginləşdirir və populyasiyanın vahid genofondu formalaşır.
Genofond növün polimorfluğu ilə səciyyələnərək populyasiya daxilində təsadüf olunan forma müxtəlifliyinin miqdarı onun genetik imkanlarını əks etdirir. Forma müxtəlıfliyinin öyrənilməsi və üzə çıxarılması, qiymətli formaların istifadə olunması məhsuldarlığın artırılmasında və əmtəə göstəriciləri yüksək olan məhsulun becərilməsində mühüm əhəmiyyət kəsb edir.
Cəvizin seleksiyası, əsasən sintetik üsulla - süni seçmə yolu ilə aparılır və yeni sortların əldə olunması qiymətli formaların seçilməsindən başlayır. Cəviz sortu dedikdə hər hansı bir formanın qiymətli bioloji və təsərrüfat göstəricilərinə malik olub yüksək məhsuldarlığı ilə seçilən vegetativ nəsli nəzərdə tutulur. Cəviz digər meyvə cinslərindən fərqli olaraq uzunmüddətli seleksiya yolu keçməmişdir və bu səbəbdən də onun sortları yabanı (cır) formalardan o qədər də fərqlənmir. Hər hansı bir qiymətli cəviz forması yalnız dövlət sort sınağı keçdikdən və dövlət reyestrinə daxil edildikdən sonra rəsmi sort kimi qəbul olunur. Əks halda yalnız qiymətli, perspektiv forma və ya sort-forma (sort üçün potensial namizəd) adlanır, olaraq qalır.
Azərbaycan özünün qiymətli cəviz sortları ilə qədimdən məşhurdur. Onun xalq seleksiyasi nəticəsində alınmış dədə-baba cəviz sortları “Kətan köynək”, “Dərviş papaq”, “Nazik qabıq” , “Kağızı” və s. dünya şöhrəti qazanmışdır. Lakin, həmin yerli qədim sortların bir çoxu itmiş, unudularaq sıradan çıxmışdır. Onların axtarılıb tapılması, üzə çıxarılması və yenidən bərpası mühim əhəmiyyət kəsb edir. Onları qoruyub saxlamaq üçün kolleksiya bağlarında əkilməsi və gemplazmasının genetik banklarda yerləşdirilməsi tələb olunur.
Azərbaycanda cəviz bitkisinin qiymətli sortlan çoxdur. Bunlar əsasən respublikamızm Ordubad, Zaqatala, Qəbalə, Quba və Xaçmaz rayonlannda daha çox yayılmışdır.