Nəzəri biliklərin qiymətləndirilməsi
Aşağıda verilmiş cümlələrin doğru və ya yanlış olduğunu işarələyin:
Sual 1. Qərzəkli meyvə bitkilərində zərərvericilər yalnız meyvəni zədələyir.
Sual 2. Qərzəkli meyvə bitkilərində xəstəlik törədiciləri yalnız yarpağı zədələyir.
Sual 3. Xəstəlik və zərərvericilər qərzəkli bitkilərinin məhsuluna zərər vurmur.
Sual 4. Qərzəkli meyvə bitkilərinin məhsulunu qəbul məntəqələrinə vermək olar.
Sual 5. Qərzəkli meyvə məhsullarını bazarda topdan və pərakəndə satışı aparılır.
Doğru |
Yanlış |
Aşağıda verilmiş cümlələrdəki boşluqları doldurun:
Sual 6. Qərzəkli meyvə bitkilərin...........................zədələyən zərərvericiyə qarşı aparılan tədbirlərdən biri də vaxtından əvvəl tökülən meyvələrin toplanıb məhv edilməsidir.
Sual 7. Xəstəlik və zərərvericilər qərzəkli meyvə bitkilərinin bütün ........................... zədələyir.
Sual 8. Qərzəkli meyvə bitkilərin məhsulunun .................. və ................. satışı aparılır.
Sual 9. Parakəndə satış qiyməti ....................... satış qiymətindən yüksəkdir.
Sual 10. Fındığın məhsulu qəbul məntəqələrində ........................... qiymətinə götürülür.