Qərzəkdən təmizlənmiş cəviz talvarın altda tərəcələrdə və ya yerdə nazik laylarla sərilərək mütəmadi qarışdırılaraq qurudulur. Tam qurumuş məhsul çeşidləndikdən sonra taralara qabqarılaraq etiketlənir və xüsusi anbarlarda (temperatur və nəmlənmə tənzimlənən) saxlanılır.
7.2. Badamın yığılması və saxlanılması
Azərbaycanda badam məhsulu sort və formalarından asılı olaraq avqustun sonunda, bəzi sortlar bir qədər gec - sentyabrın əvvəlində də yetişir. Yaşından asılı olaraq badam ağacı 8-35 kq-a qədər məhsul verə bilir. Badam meyvəsinin yığılma vaxtı qərzəyinin (üst yaşıl qabığının) saralması, çatlaması və yetişən meyvədən asan ayrılması ilə müəyyən olunur. Məhsulun vaxtından əvvəl və ya gec yığılması məqsədəuyğun deyildir, tez yığılan zaman həm məhsul yığılan ağacın gövdə və yarpaqları zədələnir, həm də meyvələrin keyfiyyəti pisləşir. Gec yığım zamanı badam meyvələrinin keyfiyyəti, xüsusən nazik qabıqlı sortlarda aşağı düşür.
Badam istehsalı üzrə aparıcı dövlətlərdə məhsul yığımı mexanikləşdirilmişdir. Məhsul yığan aqreqat ağacın gövdəsini ştamb hissədən tutaraq hidravlik vibratorun köməyi ilə mökəm (yüksək tezliklə) silkələyir (Şəkil 7.3) meyvələr çətirvari qəbulediciyə tökülür (Şəkil 7.4)
Qabıqlı badamların rəngini saxlamaq üçün onları kükürd tüstüsündə 10-15 dəqiqə saxlayırlar.
7.3. Findığın yığılması və qərzəkdən təmizlənməsi
Fındığın yığılması və qərzəkdən təmizlənməsi çox zəhmət və vəsait tələb edən ağır işdir. Məhsulun yığılmasına il ərzində nəzərdə tutulan bütün xərcin 60%-i sərf olunur. Fındıq bitkisi sortlarmdan asılı olaraq iyulun sonu yetişməyə başlayır. Ona görə də Azərbaycanda seçmə yığım iyul ayının axırlarında, avqust ayında isə kütləvi yığım başlayır.