Öyrənmə elementi vacibliyi haqqında məlumat:
Meyvəçilikdə və üzümçülükdə bütövlükdə daha çox əmək və vəsait tələb edən əməliyyat məhsulun yığılmasıdır. Məhsul tədarükünün mexanikləşdirilməsi istiqamətində daimi axtarışlar aparılsa da bu proses, demək olar ki, tam mexanikləşdirilməmişdir. Bunun da bir neçə səbəbləri olmaqla (intensiv təsərrüfatların yaradılmaması, iqtisadi durum, becərmə ənənəsi və s.) bunlardan başlıcası tumlu, çəyirdəkli meyvələrin və üzümün mexaniki üsulla tədarük zamanı zədələnməsidir. Qeyd olunanlardan fərqli olaraq qərzəkli meyvə bitkilərinin məhsulu mexaniki üsulla tədarük edilən zamanı deformasiyaya uğrayaraq zədələnir. Qərzəkli meyvə bitkilərinin toxumu yalançı çəyirdək olub yeyilən hissəsi –ləpəsi həmin çəyirdəyin sərt qabığı daxilində yerləşir. Bu səbəbdən də qərzəkli meyvə bitkilərin məhsulunu ağacları silkələyərək meyvələri xüsusi qəbulediciyə-çətirdə toplamaq və ya torpağa töküldükdən sonra yerdən tədarükü mümkündür. Eyni zamanda qərzəkli meyvə bitkilərinin məhsulunun daşınması və saxlanması da xüsusi şərtlərin təmin olunmasını da tələb etmir. Qərzəkli meyvə bitkilərinin məhsulu tədarük edildikdən sonra yuyulub çeşidləndikdən (kalibrovka edildikdən) sonra qurudularaq konteynerlərdə və ya kisələrxə saxlanılır. Həmin qaydada nəql edilərək ya satış məntəqələrinə, ya da emal müəssisələrinə təhvil verilir. Təqdim olunan fəsildə qərzəkli meyvə bitkilərinin məhsul yığımı, saxlanılması və satışının təşkili barədə daha ətraflı məlumat alıb praktiki biliklərə yiyələnəcəksiniz.
Beləliklə bu fəsilin sonunda siz növbəti məsələləri öyrənəcəksiniz: