Oberia linearis böcəyi böcəyi də fındığının məhsuluna az zərər vurmur. Bu qurd uzun, nazikdir, rəngi tünd qaradır. Ayaqları sarıdır; uzunluğu 10 millimetrdir. Dişisi yumurtalarını fındığın cavan zoğuna qoyur. Qurdlar iyun ayında çıxırlar. Yumurtadan çıxmış qurdlar zoğun qabığını, sonradan oduncağını deşib özlərinə yuva qurub axırda pupa çevrilirlər. Nəhayət zoğu deşib qurd halında çıxır. Qurd tərəfindən zədələnmiş zoğları müşahidə etmək olar. Bunların, qurd olan yerdən üst tərəfi quruyub yarpaqlarını tökür.
Mübarizə yolu qurd olan budaqları kəsib atmaqdan ibarətdir.
Cheimatobia brumata böcəyinin tırtılları findığın tumurcuqlarına ziyan vurur. Fındığın yarpaqlarını Zymantria dirparm, Enporoctis chrysorhoca və Cheimatobia brumata - nın tırtıllarıyeyərəkyazdan payıza kimi böyüyüb bütün ağacı tamamilə çılpaq qoya bilirlər. Bunların tırtıllarını zərərli maddələrlə tələf etmək olur.
Cesidomya coryli zərərvericisinin tırtılları findığın erkək çiçəklərini zədələyir. Bu son dərəcə qorxulu böcəkdir. Bunlar payızdan zərər verməyə başlayırlar.
Mübarizə tədbiri zədələnmiş çiçəkləri
toplayıb yandırmaqdır ki, yumurtaları tələf olsun.
Gəmiricilər. Şəki-Zaqatala bölgəsində fındığın məhsulunu çox vaxt siçovullar küllü miqdarda zərər vurur.
Mübarizə tədbiri. Bunları kütləvi tələf etməkdən başqa çarə yoxdur.
Mərmər taxtabiti hazırda dünyanın bir çox fındıq istehsa edən ölkələrində bu sahəyə böyük ziyan vuran ciddi ziyanverici hesab olunur (Şəkil 6.16). Artıq Türkiyədə və Gürcüstanda qeydə alınan bu ziyanvericinin respublikamıza keçmə təhlükəsi çox böyükdür. Belə bir hal müşahidə edilərsə, həşəratın ölkəmizə ziyan vuracağı qaçılmaz olacaq [19]. Qeyd edək ki, vətəni Cənub-Şərqi Asiya olan mərmər taxtabiti polifaq növdür və 200-dən artıq bitki ilə qidalanır. Bu ziyanverici ABŞ-da ilk dəfə 1996-cı ildə qeydə alınsa da, artıq 2014-cü ildən etibarən ölkənin 34 ştatında və Kanadanın cənub vilayətlərində kənd təsərrüfatının müxtəlif sahələri üçün böyük təhlükə yaradıb. Həmçinin 2015-ci ildən etibarən artıq Rusiyanın rütubətli subtropiklərində, Gürcüstanda kütləvi şəkildə çoxalıb. Gürcüstan Kənd Təsərrüfat Nazirliyinin məlumatına görə, mərmər taxtabiti bu ölkədə fındığın məhsuldarlığına 60 faiz ziyan vurub[19] .