6.3.4. Fındığın zərərvericiləri
Fındıq qurdu - Balanius nucum. Fındığın məhsuluna daha çox ziyan vuran zərərvericidir. Gövdəsi tünd boz rənglidir, incə sarımtıl tüklüdür, uzunluğu 7-8 millimetrdir; biz burnu 6-7 mm-dir (Şəkil 6.15). Dişi böcəklər iyun ayında kal fındıqların qərzəklərini və nazik qabığı deşib içinə yumurta qoyurlar. Yumurtadan çıxmış tırtıllar fındığın ləpəsinə yeyirlər. Sonradan qabığı deşib torpağın da üzərinə düşürlər. Burada pup halına keçib torpağın altında qışlayırlar. Mayda isə bunlardan böcəklər çıxır. Bu böcək bəzi yerlərdə və bəzi illərdə böyük zərər verir. Boş fındıqların miqdarı 15-20 %-ə çatır. Bunlar qabıqları nazik fındıqlara həddən artıq zərər verirlər.
Mübarizə tədbirləri meyvə yetişməmiş kolları silkələyib yerə tökülən fındıqları toplayaraq yandırmaqdır; eyni zamanda fındıq kollarının ətrafını (dibini) belləyib torpaqda gizlənmiş pupları məhv etmək olar.