6.3.3. | Püstənin zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri |
Püstə bitkisinin ən qorxulu zərərvericilərində biri püstə meyvəyeyəni (Şəkil 6.12) olub bəzən məhsulun tamamilə məhv edilməsinə gətirib çıxarır (Şəkil 6.13).
Pustə bitkisində ağaclara və meyvəyə zərər vuran zərərvericilər sırasında püstə yarpaqgəmirən, püstə qabıqyeyəni və s.-dir (Şəkil 6.14).
Püstə bağında əsas zərərvericilərə qarşı mübarizə, əsasən badam bağlarında aparılan mübarizəyə uyğun aparılır. İlk növbədə aqrotexniki tədbirlər vaxtında və düzgün aparılmalı, payız və qış dövründə qurumuş budaqlar kəsilib yandırılmalı, ağacların gövdə ətrafları bellənməli, bağ şumlanmalı, zərərvericilərlə sirayətlənmiş yarpaqlar toplanıb yandırılmalıdır. Bununla yanaşı bağlarda xəstəlik vəzərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri də aparılmalıdır. Ağacın sirayətlənmiş hissələri mis kuporosu ilə dezinfeksiya olunmalı, bağ məlhəmləri ilə sürtülməlidir.