Yayın ortasında kəpənəklər uçuşa başlayırlar. Dişi kəpənəklər yumurtacıqlarım budaq və şivlərin kənarlarında həlqəvari və sıx halda düzülürlər..
Mübarizə tədbirləri. Vegetasiya ərzində-payızda, erkən yazda və yayda ağacları üç dəfə 0,2%-li xlorofos, desis, karate məhlullarının biri ilə çiləmək lazımdır. Qışlayan yumurtaları məhv etmək məqsədilə 1%- li DNOK məhlulundan və ya 5% 30 №-li preparat, yayda isə 3% - li 30 №-li preparatdan istifadə etməklə yanaşı, koma şəklində əmələ gəlmiş yumurta və tırtıl yuvacıqları əllə yığılıb yandırılmalıdır.
Bənövşəyi qalxanlı yastıca. Bu zərərverici ancaq bənövşəyi rəngdə olub, yumurtaqoyması prosesi iyulun ortasına qədər davam edir. Dişi həşərat yumurta qoyduqdan sonra ölür, yumurtadan çıxan sürfələr budaqlara, zolaqlara, yarpaq və çiçəklərə sirayət edərək yayılırlar. Mayalanmış dişiciklər budaqlarda, şivlərdə və gövdənin qabığı üzərində qışlayırlar.
Zərərverici budaq, zoğ, yarpaq və meyvə üzərində qidalandığı yerlərdə bənövşəyi qırmızı xallar qoyur.
Mübarizə tədbirləri. İlk növbədə sirayətlənmiş budaqlar kəsilib yandınlmalıdır. Kimyəvi mübarizədə ağacları 3%-li preparat A-30 və yaxud 0,2%-li Bİ-58 məhlulu ilə çiləmək məsləhətdir.
Mübarizə tədbirləri. İlk növbədə sirayətlənmiş budaqlar kəsilib yandırılmalıdır. Kimyəvi mübarizədə ağacları 3%- li preparat A-30 və yaxud 0,2%- li Bİ-58 məhlulu ilə çiləmək məsləhətdir.
Yalançı qalxanlı akasiya yastıcası. sorucu həşəratdır. Sürfə halında budaqların alt hissəsində qabıq çatlarında qışlayır. Yazda budaqlara daraşır və qabığa yapışaraq onu sorur. Bunun nəticəsində yarpaqlar saralır və budaqlar quruyur. May ayında dişi həşəratlar əmələ gələrək yumurta qoyurlar.
Mübarizə tədbirləri. Ağac gövdələri, budaqları qabarmış quru qabıqlardan təmizlənməli və quru budaqlar kəsilib atılmalıdır. Tumurcuqlar açılmazdan qabaq ağaclar 1%-li DNOK məhlulu ilə çilənməlidir. Gəzəyən sürfələri məhv etmək üçün 30 №-li preparatın 2%-li məhlullarından istifadə etmək məsləhətdir.